Icma.az
close
up
RU
Azərbaycan Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni gündəliyi

Azərbaycan Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni gündəliyi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müştərək Komissiyanın 8-ci iclasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi razılaşdırılıb

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədrləri  Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi və digər sahələrdə imkanları dəyərləndirib.

Müştərək Komissiyanın tədbiri çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası da keçirilib ki, hər iki tərəfdən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib. Hər iki ölkənin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə geniş müzakirələr aparılıb.

Neftdən qeyri-neft sektoruna doğru...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.

Bir neçə ilə qədər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub.

Səudiyyə Ərəbistanının 2 şirkəti “Əsrin müqaviləsi”ndə və Bakı-Ceyhan layihəsində iştirakçıdır. Bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Gahtani Pipe Coatinq Terminal”, “Middle East Fiber Cables Manufacturing” və “Middle East Sibecializet Cables CO (MESC)” şirkətləri enerji sektorlarında təmsil olunur. SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlıq son illərdə  genişlənərək hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə səbəb olmaqdadır. Bu prosesdə 2022-ci ildə yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası öncül təşəbbüslərlə çıxış edir. Qurum sahibkarların təşəbbüslərini dəstəkləmək, onlar arasında birbaşa əlaqələrin qurulmasını təşviq etmək, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etmək, bizneslər arasında mübadiləsini həyata keçirmək missiyası daşıyır.

Azərbaycan Ticarət Evləri açılır

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini, Səudiyyə şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib. Bu məqsədlə ixrac missiyalarının təşkili, Ər-Riyad və ya Ciddə şəhərində Azərbaycan Ticarət Evlərinin açılması gündəlikdə dayanır.

Səudiyyə iş adamları Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır. Son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 98 min nəfəri ötüb. Bu, səyahət edən turistlərin sayında sədiyyəlilərin dinamikasında daha çox artımın olduğunu təsdiqləyir.

“ACWA Power”in 5 milyard dollarlıq sərmayə planı

Tərəflər arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq da dayanıqlı zəmin üzərində möhkəmlənir. Səudiyyənin “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyir. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.

Səudiyyəli investorların işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərində təmsil olunması da istisna edilmir. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu imzalanıb və tərəflər yeni iqtisadi prioritetləri müəyyənləşdirərək niyyətlərini bəyan edib. Əsas hədəflər birgə sərmayə planların dəyərləndirmək və iqtisadi-ticari mübadiləni genişləndirməkdir.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri