Azərbaycan Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 8-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev etimadnaməsinin surətini Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Əbdülməcid bin Rəşid Əl-Səmariyə təqdim edib. SİA xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Səudiyyə rəsmisi səfir Mütəllim Mirzəyevi öz vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində sıx əməkdaşlığa hazır olduqlarını ifadə edib.
Baxış sayı:97
Bu xəbər 09 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















