Icma.az
close
up
RU
Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində təmsil olunacaq

Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində təmsil olunacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada ilk Asiya “Silk Way Star” vokal müsabiqəsi keçiriləcək.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Kazmedia ortalığı” studiyasında beynəlxalq musiqi layihəsinin başlanması ərəfəsində keçirilən mətbuat konfransında bildirilib.

Müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrin nümayəndələri iştirak edir.

Şou bu il iyunun 16-da Çin Xalq Respublikası sədrinin Astanaya rəsmi səfəri zamanı dövlət başçıları Kasım-Jomart Tokayev və Si Cinpinin iştirakı ilə Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksi ilə Çinin “CMG” Media Korporasiyası arasında “Silk Way Star” beynəlxalq layihəsinin yaradılması haqqında Saziş çərçivəsində həyata keçirilir.

Musiqi şousunun çəkilişləri avqustun 20-də başlanacaq. Qrand final noyabrın 22-də Jibek Joly/Silk Way telekanalının birbaşa efirində və müsabiqədə iştirak edən ölkələrin aparıcı telekanallarında yayımlanacaq.

Layihə 10 epizoddan ibarətdir: 9-u qeydə alınmış və canlı yayımda son Qrand şou. Tamaşaçıları unikal duetlər, milli hitlərin ifası, mədəniyyətlərarası əməkdaşlıqlar və iştirakçıların emosional hekayələri gözləyir. Bir buraxılışın müddəti 100 dəqiqədən çoxdur, yayım qazax, Çin və ingilis dillərində planlaşdırılır.

Səsvermə beynəlxalq sistem üzrə 1-dən 12-dək açıq xal hesablanması ilə keçiriləcək. İlk doqquz epizodda qərarlar Çin və Mərkəzi Asiya ölkələrindən olan peşəkar münsiflər heyəti tərəfindən qəbul edilir. Qrand finalda qalibi səslərin kombinasiyası müəyyən edir: münsiflər heyətinin 50 faizi və tamaşaçıların 50 faizi.

Seçimlər mərhələsində 2, 3, 4, 6 və 8-ci epizodların hər birində bir iştirakçı mübarizədən kənarlaşdırılacaq. Finala yalnız 7 artist: səsvermənin yekunlarına görə ən güclü 5 nəfər və ev sahibi ölkənin 2 nümayəndəsi çıxacaq.

Müsabiqədə Azərbaycanı müğənni və aktrisa, “Səs Azərbaycan”ın yarımfinalçısı Səbinə Quluzadə (Səbinə Zadə) təmsil edəcək.

“Silk Way Star”ın möhtəşəm Qrand finalı beynəlxalq yayımla canlı şou formatında keçiriləcək və ilin ən parlaq musiqi hadisələrindən birinə çevriləcək. Qalib iştirakçı “Silk Way Star” titulunu və yaradıcılığını dünya səhnəsində təqdim etmək şansı qazanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri