Icma.az
close
up
RU
Azərbaycan SSRİ yə görə təzminat tələb etməlidir

Azərbaycan SSRİ yə görə təzminat tələb etməlidir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sovet İttifaqı, bir sıra hüquqşünasların fikrincə, formal baxımdan dağılmamış hesab edilə bilər”. 

Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakov Sankt-Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı belə deyib. Kobyakov qeyd edib ki, bir sıra konstitusiya hüququ ekspertləri, o cümlədən ABŞ və Fransadan olan xarici mütəxəssislər SSRİ-nin mövcudluğuna son qoyulması prosedurunu hüquqi cəhətdən etibarsız hesab edirlər. 

“”SSRİ qanuni olaraq haradasa mövcuddur”, -konstitusiya hüququ ekspertləri uzun müddətdir ki, Qərb ölkələrində, ABŞ-də, Fransada belə deyirlər. Bunu ona görə deyirlər ki, SSRİ-nin buraxılması deyilən prosedur pozulub. Sovetlər Qurultayı kimi də tanınan Xalq Deputatları Qurultayı 1922-ci ildə SSRİ-ni yaratmışdısa, o zaman həmin deputatların qurultayının qərarı ilə ləğv edilməli idi. Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, konstitusiya hüququ ekspertlərinin dediyi kimi, qanuni olaraq SSRİ mövcuddur”. 

O, həmçinin Sovet İttifaqının ləğvinin rəsmiləşdirildiyi Belovej razılaşmalarının legitimliyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, bu aktı səlahiyyəti olmayan orqanlar ratifikasiya edib: 

“Bu akt sonradan RSFSR, Ukrayna SSR və Belorusiya SSR Ali Sovetləri tərəfindən ratifikasiya olundu. Lakin bu, ümumiyyətlə, onların səlahiyyətlərinə aid deyildi. SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir”, - Kobyakov qeyd edib. 

O, cari hadisələri daha yaxşı başa düşmək üçün İttifaqın dağılmasına hüquqi qiymət verilməsinə yenidən baxılmasının zəruriliyini vurğulayıb. Bu isə təhlükəli tendensiyadan xəbər verir.Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Kobyakovun açıqlamasını Rusiyanın Ukrayna ilə bağlı planının tərkib hissəsi kimi şərh etmək olar. Yəni, Rusiyanın Ukraynaya qarşı müharibəsi SSRİ-ni bərpa etmək məqsədi daşıyır. Artıq Rusiya rəsmiləri də bunu dilə gətirirlər:

“Hesab edirəm ki, Kobyakovun sözləri Kremlin mövqeyini əks etdirir. Rusiya prosesləri bu istiqamətdə davam etdirmək istəyir. Bununla həm digər postsovet ölkələrinə, həm də Qərbə SSRİ-nin hüquqi cəhətdən mövcud olduğuna dair mesaj verirlər. Düşünürəm ki, bu təhlükənin qarşısı alınmalıdır. Amma biz tarixə nəzər salsaq görərik ki, SSRİ-nin qurulması özü qanunsuz olub. 

SSRİ digər respublikaların ərazilərinin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin işğal olunması nəticəsində yaradılıb. Bolşevik Rusiyası digər xalqların mövqeyini nəzərə almadan hücuma keçərək hərbi əməliyyatlar aparıb, kütləvi qırğınlar törədib, işğal yolu ilə bir imperiya qurub. Bu özü qanunsuzdur. 

Ona görə də SSRİ-nin dağılmasına dair hüquqi prosedurun olmaması barədə iddiaların özü əsassızdır. Rusiya rəsmiləri Belovej razılaşmasının legitimliyini şübhə altına almaqla SSRİ imperiyasının bərpasına hüquqi əsas yaratmaq istəyir. Halbuki, SSRİ-nin yaranması qanunsuz olduğu üçün onun hüquqi prosedurlarla buraxılması da düzgün deyil”. 

Ekspert hesab edir ki, SSRİ Azərbaycan xalqının iradəsinə zidd yaradılıb: 

“Azərbaycan xalqının 1918-ci ildə qurduğu müstəqil dövlət 1920-ci ildə işğal edilib. Ona görə də həm Azərbaycan, həm digər respublikalar bu işğalçı, vandalizm siyasətinə, bir ölkənin suverenliyinə qəsd etdiyinə görə Rusiyadan təzminat tələb etməlidir. SSRİ-nin mövcudluğu barədə iddialar absurddur”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan SSRİ təzminat Məhəmməd Əsədullazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri