Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər. SİA xəbər verir ki, ənənəvi “Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.
Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
04 Dekabr 2024 13:58
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
15 Sentyabr 2025 15:51
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
04 Dekabr 2024 14:06
Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər
27 May 2025 19:03
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edəcəklər
03 Sentyabr 2025 17:02

