Azərbaycan sülh gündəliyinə sadiqdir
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Ermənistan sülh prosesinin sürətləndirilməsi istiqamətində daha konkret addımlar atmalıdır. Sülhə hazır olmaq barədə bəyanatlar mühüm olsa da, onların real siyasi qərarlarla dəstəklənməsi daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bu baxımdan Ermənistanın da üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi və prosesin yekunlaşması üçün siyasi iradə nümayiş etdirməsi vacibdir.
Nikol Paşinyanın sülh sazişinin 2031-ci ilədək imzalanması və ratifikasiya olunması ilə bağlı fikirləri isə prosesin zaman çərçivəsi ilə bağlı müəyyən suallar yaradır. Regionun və xalqların marağı sülhün mümkün qədər tez və davamlı şəkildə təmin olunmasını tələb edir. Buna görə də prosesin uzadılmasına səbəb ola biləcək qeyri-müəyyənliklər aradan qaldırılmalıdır.
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması və Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması mühüm siyasi addım oldu. İndi əsas məsələ əldə edilmiş razılaşmaların ruhuna uyğun olaraq növbəti addımların atılması və sülh sazişinin imzalanması üçün zəruri prosedurların tamamlanmasıdır.
Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, aydındır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılması sülhün davamlı hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm məsələdir. Bu istiqamətdə atılacaq addımlar qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edə bilər.
Cənubi Qafqazda yeni mərhələnin başlanması hər iki tərəfin məsuliyyətli və konstruktiv yanaşmasından asılıdır. Azərbaycan öz tərəfindən sülh və əməkdaşlıq gündəliyinə sadiqdir. Ermənistanın da bu prosesə konkret qərarlarla töhfə verməsi regionun ümumi maraqlarına cavab verir.
Sülh üçün imkanlar var və bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Bunun yolu isə qarşılıqlı etimaddan, əldə olunmuş razılaşmaların icrasından və real siyasi iradədən keçir.
Fatma Yıldırım,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Azərbaycan sülh gündəliyinə sadiqdir ŞƏRH
22 Yanvar 2026 12:07
Azərbaycan sülh və normallaşma gündəliyinə sadiqdir
14 Yanvar 2026 21:24
İlham Əliyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”
04 May 2026 16:28
Baş nazir: Azərbaycan regional sülh gündəliyinə sadiqdir
19 Dekabr 2024 16:04
Azərbaycan sülh və əməkdaşlıq gündəliyinə sadiqdir ŞƏRH
12 May 2026 10:53
Baxış sayı:51
Bu xəbər 23 Oktyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















