Icma.az
close
up
RU
Azərbaycan sülhə və tarixi ədalətin bərpasına sadiqliyini hər zaman nümayiş etdirir RƏY

Azərbaycan sülhə və tarixi ədalətin bərpasına sadiqliyini hər zaman nümayiş etdirir RƏY

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlər onun ölkəmizin tarixi haqlarının bərpası və bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətindəki prinsipial mövqeyini bir daha əks etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov söyləyib.

O qeyd edib ki, Azərbaycanın tarixi haqları bərpa olunmalıdır və dövlətimizin başçısı bu mövqedən zərrə qədər də geri çəkilmir. “Azərbaycan dövlətinin tarixi torpaqları ilə bağlı mövqeyi birmənalıdır. Prezident İlham Əliyevin çıxışlarının mahiyyəti eynidir və bu çıxışlarda həm beynəlxalq hüququn prinsipləri, həm də ədalət anlayışı əsas götürülür. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, azərbaycanlılar öz tarixi torpaqlarına ləyaqətli, dinc və silahsız şəkildə qayıtmalıdırlar. Bu, həm niyyətimizin sülhə yönəlik olduğunu göstərir, həm də qarşı tərəfdən eyni xoş niyyəti gözlədiyimizi ifadə edir”.

Siyasi şərhçi bildirib ki, Prezidentin “tanklarla deyil, avtomobillərlə qayıdış” ifadəsi Azərbaycanın sülhə sadiqliyinin və güc tətbiqindən uzaq yanaşmasının təzahürüdür. Bu, eyni zamanda, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun şəkildə irəli sürülən haqlı tələbin ifadəsidir. Təəssüf ki, bəzi qüvvələr, o cümlədən Ermənistan daxilindəki bir sıra dairələr bu fikirləri təhrif edərək ərazi iddiası kimi qələmə verməyə çalışırlar. Lakin reallıqda bu, ərazi iddiası deyil, tarixi ədalətin bərpası məsələsidir. Cənubi Qafqazda ədalət yalnız o zaman bərpa olunacaq ki, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlı ləyaqətlə həmin torpaqlara qayıtsın”.

Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmadan sonra regionda yeni reallıqlar yarandığını vurğulayan Xəyal Bəşirov deyib: “Vaşinqton razılaşması və sülh sazişinin mətninin paraflanması prosesindən sonra Ermənistan tərəfi də anlayır ki, Azərbaycanla münasibətlərin normallaşdırılmasından və sülh sazişinin imzalanmasından başqa çıxış yolu yoxdur. Bu, Ermənistan üçün həm siyasi, həm də regional sabitlik baxımından yeganə alternativdir”.

O əlavə edib ki, son aylar Ermənistan tərəfindən atılan bəzi addımlar - konstitusiya dəyişikliklərinin gündəmə gətirilməsi, erməni tarixinin reallıqlara uyğunlaşdırılması, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfərinə adekvat reaksiya verilməsi müsbət siqnallar kimi qiymətləndirilməlidir:

“Ermənistan artıq özünün sərhəd-keçid məntəqələrində Türkiyəyə qarşı iddiaları simvolizə edən Ağrı dağı təsvirini pasport möhürlərindən çıxarıb. Bu, uzun illərdir atılmalı olan bir addım idi. Bunun məhz indi həyata keçirilməsi Ermənistanın bölgədə yeni mərhələyə keçmək niyyətindən xəbər verir. Bundan başqa, Ermənistanda Azərbaycan dilinin tədrisinə başlanılması da ölkəmizin haqlı tələblərinin qəbulu istiqamətində mühüm göstəricidir”. Siyasi şərhçinin fikrincə, bu kimi addımlar Ermənistanın tarixi reallıqları qəbul etməyə başladığını göstərir:

Xəyal Bəşirov vurğulayıb ki, Prezident İlham Əliyevin illərdir səsləndirdiyi bütün fikirlər və çağırışlar ardıcıl şəkildə reallaşır: “İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz təmin olundu, daha sonra suverenliyimiz bərpa edildi, indi isə regionda dayanıqlı sülhün və etimad mühitinin formalaşdırılması mərhələsinə keçilib. Ermənistanın Türkiyə və Azərbaycana qarşı düşmənçilik nişanələrindən imtina etməsi bu prosesin mühüm tərkib hissəsidir”.

Siyasi şərhçi hesab edir ki, Ermənistan hələ üzərinə düşən bir çox öhdəlikləri yerinə yetirməlidir: “Əgər sülhün davamlı və uzunömürlü olmasını istəyiriksə, Ermənistan münaqişənin başlandığı ilk günə, yəni, azərbaycanlıların orada yaşadıqları, Azərbaycan dilinin işlədildiyi dövrə qayıtmalıdır. Bu, yalnız keçmişin ədalətli səhifəsinə dönməklə mümkündür. Azərbaycan tərəfi bu istiqamətdə təşəbbüskarlığını davam etdirir və vətəndaş cəmiyyəti səviyyəsində də sülh təşəbbüslərini irəli sürür. Bu, bir daha göstərir ki, Azərbaycan düşmənçilik səhifəsini bağlamaq, sülh, qonşuluq və əməkdaşlıq səhifəsini açmaq niyyətindədir”.

Xəyal Bəşirov sonda qeyd edib ki, Azərbaycan yeni müharibə tərəfdarı deyil və bütün səylər sülhə, sabitliyə və regional əməkdaşlığa yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri