Icma.az
close
up
RU
Azərbaycan Suriya quruculuğunda fəal yer alır

Azərbaycan Suriya quruculuğunda fəal yer alır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

SOCAR və “UCC Holding” bu ölkənin enerji sektorunun bərpasında birgə iştirak edəcək

Azərbaycanın milli neft şirkəti SOCAR və Qətərin “UCC Holding” korporasiyası arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan 2 Anlaşma Memorandumu imzalanıb. Birinci memorandum Suriyada enerji sektorunun yenidən qurulmasında Azərbaycan-Qətər tərəfdaşlığının istiqamətlərini müəyyən edir. Digər anlaşma sənəd isə SOCAR və “UCC Holding”in region ölkələrində neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində birgə əməkdaşlığını nəzərdə tutur. Bu sənədə əsasən, Yaxın Şərq və Körfəz ölkələri regionunda yeni enerji zəncirinin formalaşması üçün əsaslı hüquqi-iqtisadi platforma qurulur.  Həmin platforma çərçivəsində adıçəkilən şirkətlər bölgədə neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə müştərək addımlar atacaq.

Avqustun 2-də başlanan enerji həmrəyliyi

SOCAR və  “UCC Holding”in Suriyanın enerji sektorunda birgə fəaliyyəti iki dost ölkənin humanizm və rifah baxışlarını əks etdirməklə Yaxın Şərqin sabitliyi, inkişafı, enerji dayanıqlılığı üçün qətiyyətini nümayiş etdirir.  Bu anlaşma, həmçinin bir müddət əvvəl formalaşmış Azərbaycan-Türkiyə enerji birliyinə Qətərin də qoşulması sayəsində 3 islam dövlətinin Suriyanın enerji arxitekturasını yenidən qurmaq niyyətlərini ifadə edir.

Məlum olduğu kimi Suriyada yeni milli hökumət komandası formalaşdıqdan və sürətli quruculuq işlərinə start verildikdən sonra Azərbaycan öz dost əlini uzadaraq ölkənin infrastrukturlarının bərpasına öz dəstəyini verməyə başlayıb.  Cari il iyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa ilə Prezident İlham Əliyev arasında keçirilən geniş tərkibdə görüş ikitərəfli əlaqələrin inkişafına dair faydalı müzakirələr aparılıb, razılaşmalar əldə edilib. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşməsini nəzərə alan Azərbaycan yeni hakimiyyətin islahatlar proqramına dəstək  çərçivəsində Türkiyə ərazisindən Suriyaya qaz ixracına razılıq verib.

SOCAR və Suriya hökuməti arasında imzalanan memorandumuna əsasən  avqustun 2-dən etibarən Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyanın enerji rezervuarlarına çatdırılıb. Rəsmi Bakı Yaxın Şərq bölgəsində də etibarlı enerji təchizatçısı statusu qazandı. Boru xəttinin istifadəyə verilməsi Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin və Azərbaycanın regional enerji diplomatiyasında, enerji ixracında yeni bir səhifə açıb.

SOCAR Yaxın Şərq enerji bazarında mövqeyini gücləndirir

Azərbaycanın milli enerji korporasiyası olan SOCAR-ın fəaliyyəti isə bu əməkdaşlıq blokunda xüsusi təqdirəlayiqdir. Nə qədər mürəkkəb olsa da, qısa müddətdə bu məsələnin logistika, kommersiya şərtlərinin, qaz həcmlərinin müəyyənləşdirilməsi işlərinin SOCAR tərəfindən həyata keçirilməsi Azərbaycanın bu sahədə olan nailiyyətlərini nümayiş etdirir. Məhz dövlət şirkəti olan SOCAR-ın təchiz etməsi Yaxın Şərq bazarı və coğrafiyasında Azərbaycan qazının rəqabətli şərtlərlə nəqlinin mümkünlüyünə dəlalət edir.

SOCAR-la Qətər şirkəti ilə bağlanmış memorandum isə Suriyanın enerji sistemlərinin və yanacaq infrastrukturlarının bərpası və inkişafı baxımından həlledici əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsi bu ölkənin ümumi inkişafı ilə yanaşı, digər bölgə dövlətləri ilə enerji zəncirinə qoşulması, kabohidrogenlərin şaxələnməsi üçün də mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verməklə, qonşu dövlətlərin enerji ötürücüləri ilə koordinasiyanı da təmin etmiş olacaq. Layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan-Türkiyə-Qətər müttəfiqliyi bölgədə yeni mərhələni başladır

Göründüyü kimi Azərbaycan-Türkiyə-Qətər enerji müttəfiqliyi sayəsində Suriyada və Yaxın Şərqdə enerji siyasətinin yeni mərhələsi başlayır. Bu amil isə Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycanın Qətərlə birlikdə Suriyanın enerji infrastrukturlarının bərpası və yeni enerji təchizat strukturlarının yaradılmasına iştirakı iqtisadi mahiyət daşımaqla, həm də geosiyasi məsələ kimi də dəyərləndirilə bilər. Məlumdur ki, Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycan və Qətər yeni ssenari üzrə Suriyada qurulacaq çoxistiqamətli konnektor şəbəkələri və emal-ötürücü xətləri ilə ərəb ölkələrinin böyük bir qisminin enerji təchizatında yer alacaq. Bu isə Azərbaycan-Suriya-Körfəz dövlətləri blokunda yeni enerji alyansının formalaşması deməkdir.

Beləliklə, dünyanın enerji nəhənglərindən olan “UCC Holding” və SOCAR-ın təcrübəsi və texnoloji bacarıqları birgə əməkdaşlıq formatı əsasənda Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynayacaq. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafın beynəlxalq səviyyədə nümayiş etdirilməsi üçün da fürsət sayıla bilər. Bir sözlə, SOCAR qlobal enerji şirkəti kimi nüfuzlu partyorlarla birgə dünya enerji təchizatı və infrastrukturlarını qurulmasında etibar və etimadını möhkəmləndirir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri