Icma.az
close
up
RU
Azərbaycan Suriyada səfirliyinin fəaliyyətini bərpa edir

Azərbaycan Suriyada səfirliyinin fəaliyyətini bərpa edir

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib. Yeni vəziyyəti, reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyətə keçdiklərini diqqətə çatdıran nazir səfirliyin fəaliyyətinin bərpa olunmasından əvvəl Azərbaycan nümayəndə heyətinin Suriyaya səfər etdiyini bildirib.
O qeyd edib: “Bizim təmaslar davam edir. Ölkəmiz tərəfindən ilk humanitar yardım göstərilib. Eyni zamanda, bir neçə gün əvvəl Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Suriyanın İƏT-də fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edildi. Azərbaycan həmin qərarı dəstəklədi. Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulur və biz bir sıra məsələləri müzakirə edəcəyik", - deyə C.Bayramov vurğulayıb.
Azərbaycan dövlətinin Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyən Ceyhun Bayramov bundan ölkəmizin humanitar sahədə öz dəstəyini sonra da verəcəyini vurğulayıb. "Eyni zamanda, həm ikitərəfli əlaqələr vasitəsilə, həm də beynəlxalq təşkilatlar kontekstində Suriyanın beynəlxalq münasibətlər sisteminin tamhüquqlu aktoruna çevrilməsi üçün əlimizdən gələn dəstəyi göstərəcəyik”, - deyə o əlavə edib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri