Icma.az
close
up
RU
Azərbaycan Suriyanın dirçəlməsinə yardım etməlidir Politoloq

Azərbaycan Suriyanın dirçəlməsinə yardım etməlidir Politoloq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Azərbaycanla Suriya arasındakı münasibətlərin perspektivinə toxunub. H.Hacıyev deyib ki, Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı. O, bundan sonra vəziyyətin yaxşı olacağına ümid bəslənildiyini qeyd edib: “Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək”, - deyə Hikmət Hacıyev bildirib.
Azərbaycan-Suriya münasibətlərinin gələcəyinə dair politoloq Natiq Miri fikirlərini bölüşüb. O, Demokrat.az-a açıqlamasında söyləyib ki, yeni Suriya dövlətindən söhbət gedirsə, demək, Azərbaycanla Suriya arasında yeni münasibətlər sistemi müzakirə mövzusudur:
“Suriya deyəndə nədənsə hər kəs ərəb və kürdləri düşünür, amma Suriyanın əksər əhalisi öz türklərimizdir, öz türk qardaşlarımızdır və Azərbaycan ləhcəsi ilə danışanlardır. Ona görə də biz məsələyə öncə bu kontekstdən yanaşmalıyıq. Münasibətləri elə səviyyədə qurmaq lazımdır ki, bizim öz türk qardaşlarımız da hakimiyyətdə söz sahibi olsunlar”. 
Ekspertin fikrincə, bu gün regionda, xüsusən də Suriyada həlledici səs Türkiyədir və Azərbaycan da Suriyanın dirçəlməsinə, yaralarının sarılmasına yardım edəcək:
“Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə telefon danışığında Suriyaya yardım edəcəyini və qardaş Türkiyənin yanında olduğunu birmənalı bəyan edib. Bu, ilk belə çağırış, yardım, eyni zamanda dəstək təklifidir. Düşünürəm ki, bunların heç biri gələcəkdə yeni Suriya hökuməti tərəfindən gözardı edilə bilməz. Bu baxımdan yardım etməliyik ki, Suriya dirçəlsin, güclənsin və xalqın iradəsini təmsil edən bir hakimiyyət qurulsun. Azərbaycan da qardaş Türkiyə kimi bu prosesin içində olmalıdır, doğru olan da budur”.
Törə Zeynallı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri