Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.
Azərbaycan Taekvondo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında Mehdi Budaqlı (48 kiloqram), Aydın Süleymanov (55 kiloqram), Ziya Həsənli (63 kiloqram), Yunis Hüseynov (73 kiloqram), Elcan Əliyev (+73 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Humay Dadaşova (49 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















