Azərbaycan taekvondoçularından növbəti uğur
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan taekvondoçuları beynəlxalq uğur edib.
Bakıvaxtı.az bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat əldə edib.
Belə ki, Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandanın üzvləri Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.
Medala gedən yolda taekvondoçu Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Əli Hüseynov
Baxış sayı:181
Bu xəbər 13 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















