Icma.az
close
up
RU
Azərbaycan təbiətinin vurğunu

Azərbaycan təbiətinin vurğunu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Akademik Həsən Əliyevin “Həyəcan təbili” artıq bütün dünyada haray kimi səslənir

Görkəmli  alim, Əməkdar elm xadimi, akademik, Beynəlxalq Torpaqşünaslıq və Coğrafiya, İngiltərə Kraliça Biblioqraflar cəmiyyətlərinin həqiqi üzvü olmuş Həsən Əliyev  dövrünün  diqqətəlayiq şəxsiyyətlərindən biri kimi dünən də, bu gün də onu tanıyanların qəlbində dərin iz buraxmışdır. 20 ilə yaxın AMEA Coğrafiya İnstitutunun direktoru  olan Həsən Əliyev Azərbaycan torpaqlarını qarış-qarış gəzmiş və sözün əsl mənasında, vətənpərvər alim kimi bu torpaqların rəngarəng quruluşu və xüsusiyyətlərinin öyrənilməsində müstəsna xidmətlər göstərmişdir. 

Akademik Həsən Əliyevin  elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin, landşaftın qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə etmişdir. O, nəinki ölkəmizin, ümumən Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsi və coğrafiyasının tədqiqinə böyük əmək sərf etmişdir. 

Alim ölkəmizdə Beynəlxalq Biomüxtəliflik Proqramının işlənib hazırlanması kimi çətin bir vəzifənin həyata keçirilməsinə rəhbərlik etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və  mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının, suyunun, havasının mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. Ancaq bütün bunlar asanlıqla başa gəlməmişdir. Böyük alim, sanki, hər addımı ilə yeni cığırlar açmışdır.

Akademik Həsən Əliyevin yaradıcı ömrünün  unudulmaz anlarını özündə əks etdirən “Tur uçurumu”ndan keçərkən...” kitabının  müəllifi – 96 yaşlı alim, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru  Barat Cəfərlidir. Barat müəllim uzun illər akademikin  rəhbərliyi altında işləmiş, onun sevimli aspirantı olmuş, təşkil etdiyi elmi ekspedisiyalarda fəal iştirak etmişdir. B.Cəfərli 26 yaşından görkəmli alimin ömrünün sonunadək onun yanında olmuşdur.

Bu ekspedisiyaların biri də 1956-cı ilin iyun ayında Zaqatala rayonunda yerləşən Tur dağına edilmişdir. Təqdim etdiyimiz kitab da, əsasən, həmin səfərə həsr olunmuşdur. Məhz həmin ekspedisiya  böyük alimin ən çətin, hətta təhlükəli vəziyyətlərdə belə necə məsuliyyətlə çalışdığı, yüksək dağlıq şəraitində, Tur dağındakı sıldırım və uçurumların yaratdığı qorxudan çəkinməzliyini bütün gerçək faktlarla,  şahid həssaslığı ilə əks etdirir. 

Böyük ömrün  maraqlı,  məsuliyyətli məqamlarını təsvir edən  kitab faktlar əsasında yazıldığı üçün həm akademik Həsən Əliyevin həyatına bələd olmaq, həm də Azərbaycan elminin, konkret olaraq, coğrafiya, torpaqşünaslıq və kənd təsərrüfatı elmlərinin praktiki təməllər üzərində necə qurulması və inkişafını öyrənmək baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Uzun illər akademik Həsən Əliyevlə birlikdə çalışmış, onun ən yaxın həmkarı olmuş Barat Cəfərli özü də böyük alimdən mükəmməl elm və həyat dərslərini öyrənən müdrik bir şəxsiyyətdir. Olduqca ibrətamizdir ki, o, ustadının dolğun portretini yaratdığı bu xatirə-oçerkini kitabda bəhs olunan olaylardan 70 il sonra, həm də bütün incəliyi və təfərrüatları ilə qələmə almışdır. Barat Cəfərlinin əsəri XX əsrdə Azərbaycan elminin dayaqlarından olmuş Həsən Əliyevin  həyat və fəaliyyətini öyrənmək baxımından  dəyərli qaynaqdır.    

Rahid Ulusel,
fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri