Azərbaycan təbii qazı Gürcüstana 107, əhaliyə isə 126 dollara satıb
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 6 milyard 698,6 milyon dollar olan 18 milyard 527,8 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 361 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 7,06 milyard kubmetr (496 dollar);
Türkiyə – 7,46 milyard kubmetr (272 dollar);
Gürcüstan – 1,73 milyard kubmetr (107 dollar);
Bolqarıstan – 1,42 milyard kubmetr (367 dollar);
Yunanıstan – 679,6 milyon kubmetr (527 dollar);
Serbiya – 186,4 milyon kubmetr (557 dollar).
Məlumat üçün bildirək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif 125 manat, 1200 - 2500 kub metrədək olan hissəsi üçün 220 manat, 2 500 kub metrdən çox olan hissəsi üçün isə 300 manat müəyyənləşdirilib. Göründüyü kimi, Azərbaycanda əhaliyə satılan təbii qazın orta satış qiyməti 215 manat (126 dollar) təşkil edir.
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Türkmənistandan 231 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 152 və 185 dollar olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Təbii qaz Gürcüstana 213 manata, əhaliyə isə 215 manata satılır Rəsmi
13 Mart 2025 16:00
Azərbaycan millisi Gürcüstana qarşı
16 Aprel 2025 10:04
Azərbaycan Gürcüstana müşahidəçilər göndərəcək
08 Sentyabr 2025 18:43
Təbii qaz Türkmənistandan 150 dollara alınıb, Gürcüstana 122 dollara satılıb
19 İyun 2025 14:33
Azərbaycan bu il Gürcüstana 1,5 milyon dollarlıq neft satıb
25 Noyabr 2025 16:47
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















