Icma.az
close
up
RU
Azərbaycan təhsilə görə Cənubi Qafqazda sonuncu yerdədir? Ekspertdən AÇIQLAMA

Azərbaycan təhsilə görə Cənubi Qafqazda sonuncu yerdədir? Ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan Cənubi Qafqazda həm ali təhsil səviyyəsinə görə, həm də elmi dərəcələrə görə ən sonuncu yerdə qərarlaşıb.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu iddialar reallığı əks etdirmir və bunu təkzib edən çoxsaylı faktlar mövcuddur.

Onun sözlərinə görə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə artan iştirakı və nailiyyətləri buna qarşı əsaslı sübutdur:

“UI GreenMetric 2024 kimi beynəlxalq reytinqlərdə Azərbaycan universitetlərinin sayının 12-yə çatması və 6 universitetin top-1000-də yer alması, ölkənin ali təhsil sistemində dayanıqlılıq və beynəlxalq tanınma səviyyəsinin yüksək olduğunu göstərir. Bu göstərici həm Gürcüstan, həm də Ermənistan ilə müqayisədə daha irəlidədir.Azərbaycan ali təhsil müəssisələrinin QS World University Rankings və Times Higher Education kimi digər reytinqlərdəki mövqeləri də inkişafın sübutudur. Məsələn, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq səviyyədə tanınaraq yüksək reytinqlərdə yer alır. Gürcüstan və Ermənistan universitetlərinin çoxu bu cür reytinqlərdə ya çox aşağı mövqedədir, ya da ümumiyyətlə yer almır.Elmi tədqiqatların sayına gəldikdə, Scopus və Web of Science kimi beynəlxalq elmi bazalarda Azərbaycan alimlərinin son illərdə dərc etdiyi məqalələrin sayında ciddi artım müşahidə edilir. 2023-cü ilin hesabatına görə, Azərbaycandan təqdim olunan məqalə sayı Gürcüstan və Ermənistanla müqayisədə daha yüksəkdir. Xüsusilə təbiət elmləri, texnologiya və mühəndislik sahələrində Azərbaycanın tədqiqatları beynəlxalq səviyyədə daha çox sitat alır”.

Ekspert qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən təhsilə və elmə ayrılan büdcənin həcmi də artmaqdadır:

“2024-cü il dövlət büdcəsində təhsil sektoru üçün ayrılmış vəsaitin 15%-dən çox artırılması, elmi və təhsil infrastrukturunun inkişafını gücləndirmək məqsədi daşıyır. Məsələn, Bakı Ali Neft Məktəbinin yeni texnoloji mərkəzləri və ADA Universitetinin beynəlxalq əməkdaşlıq proqramları bunun göstəricisidir.Cənubi Qafqaz regionunda Azərbaycan ali təhsil sisteminin əsas üstünlüklərindən biri də tələbələrin beynəlxalq proqramlara çıxış imkanlarının genişliyidir. Erasmus+, Fulbright, DAAD kimi proqramlarda Azərbaycanlı tələbələrin və akademiklərin iştirakı Ermənistan və Gürcüstanla müqayisədə daha yüksəkdir. Bu, Azərbaycanın ali təhsil səviyyəsinin beynəlxalq standartlara uyğun inkişaf etdiyini göstərir.Azərbaycanın Cənubi Qafqaz regionunda ali təhsil səviyyəsi və elmi tədqiqatlara görə sonuncu yerdə olduğu iddiası əsaslı deyil. Ölkə beynəlxalq reytinqlərdə irəliləyişlər nümayiş etdirir, tədqiqat sahəsində nailiyyətlər əldə edir və təhsilin keyfiyyətini artırmaq üçün davamlı investisiyalar həyata keçirir. Bu faktlar Azərbaycan ali təhsilinin və elmi sahəsinin regionda ön sıralarda olduğunu sübut edir”.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri