Icma.az
close
up
RU
Azərbaycan Tələbə Liqasının 2024/2025ci illər mövsümünə start verilib AZƏRTAC

Azərbaycan Tələbə Liqasının 2024/2025ci illər mövsümünə start verilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 noyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünün açılış mərasimi keçirilib.

Tələbə Futzal Təşkilatından AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov ölkəmizdə ilk dəfə ötən ildə keçirilən Azərbaycan Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, 2024-cü ilin iyul ayında Azərbaycan Tələbə Liqasının 2023/2024-cü illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası 5-ci Avropa Universitet Oyunlarında iştirak etmiş, Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) komandalarını məğlub edərək 5-ci yeri tutub. F.Qurbanov idmana olan dövlət qayğısını xüsusi vurğulayıb, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsi və onların vətənpərvərlik hisslərinin tərbiyəsində əhəmiyyət daşıdığını qeyd edib.

Rəsmi açılışdan sonra liqanın A qrupunda mübarizə aparacaq Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti komandalarının qarşılaşması keçirilib. Oyun Azərbaycan Dövlət İqtisad Universitetinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı, liqada fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaqlar.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see170

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see138

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see122

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri