Azərbaycan telekanallarında qadağadan sonra efirlər BELƏ OLDU VİDEO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Son dövrlər tətbiq edilən məlum qadağalardan sonra ölkə telekanallarında yayımlanan verilişlərin formatında ciddi dəyişikliklər edilib.
Milli.Az xəbər verir ki, artıq efirlərdə daha çox tanınmış və titullu sənətçilərə yer verilir.
Müşahidələrə əsasən, uzun müddət televiziya proqramlarında görünməyən Xalq və Əməkdar artistlər yenidən studiyalara dəvət almağa başlayıblar. Efir siyasətində keyfiyyətə üstünlük verildiyini bildirirlər.
Xatırladaq ki, son illər bəzi proqramlarda qalmaqalların artması və bayağı musiqi ifaçılarının efirdə geniş yer alması həm sənət cameəsində, həm də tamaşaçılar arasında narazılıq doğurmuşdu. Bir çox sənət adamı efir məkanının səviyyəsinin aşağı düşdüyünü açıq şəkildə dilə gətirirdi.
Yeni dəyişikliklərdən sonra isə mədəniyyət və musiqi sahəsində nüfuzlu simaların daha çox görünməsi diqqət çəkir. Tamaşaçılar sosial şəbəkələrdə bu yeniliyi müsbət qiymətləndirərək klassik və peşəkar sənətə üstünlük verilməsini dəstəklədiklərini bildirirlər.
Beləliklə, teleməkanın əvvəlki illərlə müqayisədə daha ciddi və sanballı məzmun təqdim etməyə çalışdığı aydın müşahidə olunur.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 04 Mart 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















