Azərbaycan təmsilçiləri 8 ci yeri tutublar FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
20 yaşadək qız və oğlanlar arasında keçirilən çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan yarışa yekun vurulub.
Çempionatda Azərbaycan, Litva, Latviya, Polşa, Estoniya, Ukrayna, Ermənistan və Gürcüstandan ümumilikdə 15 qız və 15 oğlan komandası mübarizə aparıb.
Təmsilçilərimiz İbrahim Məmmədov və Muhəmməd Aslanlı, Xədicə Hadızadə və Cəmilə Bəşirova yarışı 8-ci pillədə başa vurublar.
Yarışda komandalarımız iki dəfə Ermənistan və Gürcüstan milliləri ilə qarşılaşıb və hər iki görüşdə qalib gəliblər.
Qeyd edək ki, çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız 30 iyun - 5 iyul tarixlərində Latviyanın Cesis şəhərində təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 İyun 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















