Icma.az
close
up
RU
Azərbaycan təmsilçisi Omoniya ya üstün gələ biləcək?

Azərbaycan təmsilçisi Omoniya ya üstün gələ biləcək?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan" Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək. Bəs bu çətin qarşılaşmada Azərbaycan təmsilçisinin şansı nə qədərdir?

Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, “Aris” üzərindəki sürpriz qələbədən sonra ümidlər artıb və bu da təsadüfi deyil.

O deyib ki, “Araz-Naxçıvan” gözəl oyunu ilə adlı-sanlı rəqibini axıra qoya bilmişdi deyə artıq biz bu komandadan daha bir neçə mərhələ keçməyi, hətta qruplara düşməyi istəyə bilərik:

““Omoniya” təbii ki, “Aris”dən daha güclü komandadır. Daha yaxşı formalaşmış heyətə malikdir. Ona görə də “Araz-Naxçıvan”ın işi çətin olacaq. Əslində, ilk oyunun Bakıda olması yaxşıdır – yəni öz doğma azarkeşləri önündə Elmar Baxşıyevin yetirmələri rəqibi sınaqdan keçirə, onun nəyə qadir olduğunu öyrənə biləcək. Məğlubiyyət olsa belə, top buraxsaq belə bu səhvləri Bakıda sığortalamaq daha rahat olur. Düşünürəm ki, ilk oyunun Bakıda olması bizim xeyrimizədir. Burada “Araz-Naxçıvan” öz oyun taktikasını maksimal dərəcədə sınaqdan keçirə biləcək və buna əsasən səfər matçında uyğun şəkildə taktikasını, strategiyasını qura biləcək”.

K.Məstəliyev “Omoniya”nın yeni məşqçisi Harninq Berqin yaxşı mütəxəssis olduğunu qeyd edərək komandanın hələ çox güclənmədiyini də söyləyib:

““Omoniya”nın güclü heyəti var, yaxşı futbolçuları var, amma "keçilməz" də deyillər. Yəni rəqibin taktiki düzülüşü və strategiyasından çıxış edərək deyə bilərəm ki, əgər “Araz-Naxçıvan” basqılı oyununu davam etdirə bilsə və 45-60 dəqiqə ərzində rəqibə intensiv futbol tətbiq edə bilsə, rəqibi Bakıda udmaq olar. Düşünürəm ki, Elmar Baxşıyev rəqibi yaxşı analiz edə bilib. Bu gün həm rəqibin, həm də bizim komandamızın ifasında hücum futbolu görəcəyik”.

Ekspertin sözlərinə görə, kim intensiv futbolu daha uzun müddət davam etdirə biləcəksə, qalib tərəf olacaq:

“Mən düşünürəm ki, Bakıdakı matçda “Araz-Naxçıvan”ın şansı heç də az deyil. Baxmayaraq ki, “Omoniya” çox güclü klubdur, yaxşı komandası və daha güclü heyəti var. Keçən yay “Zirə” ilə oyunlarda da onların üstünlüyünü gördük. “Omoniya” ötən mövsüm “Zirə” ilə Kiprdəki oyunda rəqibinə altı top vurmuşdu. Amma o zamankı “Omoniya” ilə indiki “Omoniya” eyni deyil. Düşünürəm ki, acı xatirələrimiz olsa da, “Araz-Naxçıvan” bu xatirələri unutdurmağı bacaracaq”.

Qeyd edək ki, oyun saat 20:00-da "Liv Bona Dea Arena"da start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri