Icma.az
close
up
RU
Azərbaycan tennisçiləri III MDB Oyunlarında medallar uğrunda mübarizəyə hazırdır

Azərbaycan tennisçiləri III MDB Oyunlarında medallar uğrunda mübarizəyə hazırdır

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

28 sentyabr – 8 oktyabr tarixlərində ölkənin yeddi şəhərində keçiriləcək III MDB Oyunlarında Azərbaycanı altı perspektivli stolüstü tennisçi təmsil edəcək.

İdman.biz yarışın saytına istinadən xəbər verir ki, bu idmançılar artıq milli arenada öz sözlərini deyiblər və beynəlxalq səviyyədə medallar uğrunda mübarizəyə tam hazırdırlar.

III MDB Oyunlarında stolüstü tennis yarışları iki yaş kateqoriyasında keçiriləcək: 2008 və 2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Azərbaycan stolüstü tennis üzrə yığma komandasının məşqçisi Ramil Cəfərov komandanın hazırlıq prosesi, yaxın planları və hədəfləri barədə danışıb.

“III MDB Oyunlarında iştirak edəcək komandanın heyəti təxminən altı ay əvvəl formalaşdırılıb və o vaxtdan bəri idmançılar planlı şəkildə məşqlərini davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyası bizə bütün zəruri şəraiti təmin edib. Avqust ayında Çində təlim-məşq toplanışımız təşkil olunmuşdur. Həmçinin hazırlıq mərhələsi çərçivəsində beynəlxalq turnirdə iştirak etməyi planlaşdırırıq. Komanda III MDB Oyunlarına tam hazır olacaq.

Yarışlarda 2008 və 2011-ci il təvəllüdlü idmançılar iştirak edəcək. Yaşlarına baxmayaraq, Azərbaycan tennisçiləri artıq öz sözlərini deyirlər. Yaxın zamanda böyüklər arasında keçirilən ölkə çempionatında gənc idmançımız Onur Quluzadə çempion oldu, Adil Əhmədzadə isə üçüncü yeri tutdu. Qızlar arasında isə Mərziyyə Nurbatova çempion titulunu qazandı. Hər üç idmançı MDB Oyunlarında iştirak edəcək. Bu isə onların artıq böyüklərlə ciddi rəqabət apardıqlarını və hətta onlardan üstün olduqlarını göstərir.

Biz gələcək bütün rəqibləri tam tanımırıq, amma çoxunu beynəlxalq turnirlərdə görmüşük. Nəyə qadir olduqlarını bilirik və hesab edirik ki, idmançılarımız onlardan heç də geri qalmır. Gözləntilərimiz yüksəkdir – minimum finala vəsiqə qazanmaqdır. Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq”, – deyə o bildirib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri