“Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək mümkün olacaq”
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
“Albaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş kifayət qədər konstruktiv keçib və iki ölkə liderləri sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə müsahibəsi zamanı deyib.
"Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək mümkün olacaq", - deyə siyasətçi vurğulayıb.
Kostanyan qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinin irəliləyişi istiqamətində bu cür görüş mühüm əhəmiyyət kəsb edir.
Daşqın Həsənov
Missiya.Az


