Azərbaycan toylarından fantastik qonorarlar qazanan MƏŞHURLAR
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycandakı məclislərə xaricdən dəvət edilən müğənnilər arasında türkiyəli məşhurlar üstünlük təşkil edirlər. Onlar müxtəlif qonoqrarlar qarşılığında çıxış etmək üçün ölkəmizə üz tuturlar. Bu qononorarlar isə kifayət qədər böyük rəqəmlərdir. Bu rəqəmlər bəzən o qədər böyük olur ki, onların ölkəmizə gəlişi 300-400 nəfərlik məclis zalından çıxaraq bütün ölkə gündəmini zəbt edir. Aldıqları yüksək məbləğli qonorarlar isə media və mətbuatın manşetinə çevrilib.
Bu dəfə BAKU.WS saytı olaraq Azərbaycana toya gələn türkiyəli məşhurların aldığı qonorarları araşdırdıq. Həmin siyahını oxucualara təqdim edirik:
Müğənni Ebru Gündeş
Sənətçinin Şəmkirdə keçirilən sünnət toyunda iştirakı və aldığı qonorarı böyük müzakirələr yaratdı. Ebru Gündeşin meneceri təşkilatçılardan 250 000 dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini bildirmişdi. Həmin məclisi təşkil edən şəxs azərbaycanlı tanınmış iş adamı Aydın Musayev idi.
Müğənni Petek Dinçöz
Türkiyəli sənətçi Petek Dinçöz Bakıda isə Bakıda ad günündə iştirak edərək yüksək qonorar alıb. Bilgəhdə villası olan varlı şəxs Petek Dinçözü oxuması üçün oğlunun ad günü məclisinə dəvət edib. Sənətçi 8 nəfərlik məclisdə orkestrla çıxış edib, sonda isə 70 000 dollar qonorar alıb.
Müğənni Kibariye
Kibariye isə Azərbaycana gələrək Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamının övladının toyunda iştirak edib. Məclis Şəmkir rayonunun Şiştəpə kəndində baş tutub. Sənətçi yoydan əvvəl məşhur otellərdən birində dincəlib daha sonra toya gedib. Onun məclisdən nə qədər qonorar aldığı isə mətbuata açıqlanmayıb.
Müğənni Mustafa Sandal
Məşhur türkiyəli müğənni Mustafa Sandal da Bakıda təmtəraqlı toylardan birində iştirak edib. O sevilən mahnılarını ifa etmək üçün toy sahibindən 170 000 dollar alıb. Toyda Mustafa ilə yanaşı tanınmış müğənni Yıldız Usmanova da iştirak edib.
Müğənni Sibel Can
Tanınmış müğənni Sibel Can da Azərbaycanda toya dəvət edilən həmkarları arasındadır. O bir neçə ilə əvvəl paytaxtdakı elit toylardan birində çıxış edib. İfaçı bunun üçün 125 000 AZN qonorar alıb.
Müğənni Hande Yener
Hit mahnılara imza atan Hande Yener isə paytaxtdakı şadlıq evlərindən birində səhnə alıb. Onun iştirak etdiyi toyda Xalq artsiti Röya Ayxan da olub. Hande Yenerin toydan nə qədər qonorar aldığı mətbautadan gizlin saxlanılıb.
Meqastar Tarkan
İki-üç il əvvəl isə meqastar Tarkanın Bakıya toya gələcəyi ilə bağlı xəbərlər yayılıb. Qeyd edilib ki, ifaçı toy sahibindən bunun üçün 1 milyon AZN pul alacağı bildirilib. Toyun martın əvvəlində baş tutacağı iddia edilib.
Müğənni Mustafa Ceceli
Mustafa Ceceli də Azərbaycandakı məcilislər tez-tez dəvət edilən türkiyəli məşhurlar arasındadır. O bir dəfə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Günel Zeynalova, Tunar Rəhman da səhnə aldığış elit toylardan birində iştirak edib. Həmin toy naxçıvanlı iş adamının məclisi olub. Cecelinin bu toydan əldə etdiyi qonorar isə açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 08 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















