Icma.az
close
up
RU
Azərbaycan Türkiyə enerji əməkdaşlığı qlobal nümunəyə çevrilib

Azərbaycan Türkiyə enerji əməkdaşlığı qlobal nümunəyə çevrilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Son illər Azərbaycan – Türkiyə münasibətləri, xüsusilə enerji sahəsində əməkdaşlıq regionun və Avropanın gələcəyini müəyyənləşdirən strateji tərəfdaşlığa çevrilib. “Bir millət, iki dövlət” prinsiplərinə əsaslanan və dövlət başçılarının qarşılıqlı inamla həyata keçirdiyi siyasət iki dost və qardaş ölkənin münasibətlərini tarixdə misli görünməmiş səviyyəyə yüksəldib.

Bakı–Tbilisi–Ceyhan, TANAP, STAR kimi layihələrlə yanaşı, “yaşıl” enerji və yeni qaz ixrac istiqamətlərini əhatə edən bu tərəfdaşlıq ildən-ilə inkişaf edir, yeni məzmun kəb edir. Ölkələrimiz arasındakı əməkdaşlıq tarixi-mədəni bağlardan güc alaraq enerji sektorunda dünya miqyasında strateji nümunəyə çevrilib. Bu əməkdaşlıq regionun geosiyasi arxitekturasını dəyişməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin də mühüm sütunlarından birini təşkil edir.

Azərbaycanın yeni neft strategiyasının banisi, ümumilli lider Heydər Əliyev qardaş Türkiyə ilə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, enerji sektorunda əməkdaşlığa da xüsusi önəm verirdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan xam neftin dünya bazarına çıxarılmasını nəzərdə tutan əsas ixrac boru kəmərinin Türkiyə ərazisi ilə çəkilməsi ideyası da məhz Ulu öndərə məxsusdur. Məhz onun qətiyyəti sayəsində “Üç dənizin əfsanəsi” adlandırılan Bakı – Tbilisi – Ceyhan layihəsi həyata vəsiqə qazandı. Azərbaycanın dünyaya açılan qapısı kimi dəyərləndirilən bu nəhəng neft ixracı marşrutu ölkəmizin enerji resurslarını dünya bazarına çıxarmaqda ilk böyük uğuru oldu. Bu layihə Azərbaycana iqtisadi sabitlik gətirdi, Türkiyəyə isə tranzit ölkə statusu qazandırdı.

Sonrakı illərdə isə “Şahdəniz” yatağının istismarına başlanılması və təbii qazın Gürcüstan və Türkiyə ərazisi ilə nəqlini nəzərdə tutan Cənubi Qafqaz boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın Türkiyə və Avropanın etibarlı qaz təchizatçısına çevrilməsinin əsasını qoydu. Bu addım Avropanın enerji xəritəsində ölkəmizi vacib oyunçuya çevirdi. 2018-ci ildə istifadəyə verilən Trans-Anadolu boru kəməri Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyan ən mühüm infrastruktur layihəsi oldu. Eyni zamanda, bu kəmər Trans-Adriatik boru xətti ilə birləşərək Cənub Qaz Dəhlizini tam formalaşdırdı və ölkəmizin qlobal enerji bazarına çıxışını təmin etdi.

Sevindirici haldır ki, son illər yüksək inkişaf yolu keçmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) artıq bütün dünyada fəal investor kimi tanınınır. Şirkət hazırda Türkiyənin enerji sektorunun ən böyük xarici investoru sayılır. Qardaş ölkənin Əliğa bölgəsində açılan STAR Neft Emalı Zavodu SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük layihədir. Zavod Türkiyənin daxili bazarının enerji təminatında mühüm rol oynayır və iki ölkə arasında sənaye inteqrasiyasını gücləndirir.

Bu ildən isə Azərbaycan – Türkiyə enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. İğdır – Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi və Azərbaycanın qazının Suriyaya ixracı bunun ən bariz nümunəsidir. Bununla yanaşı, “yaşıl” enerji sahəsində birgə layihələr də müasir əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib.

Ümumilikdə isə, enerji əməkdaşlığının hər iki ölkə, eləcə də region və Avropa üçün iqtisadi və siyasi əhəmiyyəti olduqca yüksəkdir. Belə ki, artan enerji əməkdaşlığının fonunda Azərbaycanın ixrac coğrafiyası genişlənir, gəlirləri artır. Eyni zamanda, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuzu getdikcə möhkəmlənir. Türkiyəyə gəldikdə isə, bu əməkdaşlıqdan faydalanan qardaş ölkənin enerji təhlükəsizliyi təmin edilir, daxili bazara əlavə mənbə daxil olur. Ən başlıcası isə Türkiyənin tranzit ölkə statusu güclənir. Nəhayət, region və Avropa ölkələri üçün enerji şaxələndirməsi, təhlükəsizlik və sabitlik möhkəmlənir.

Göründüyü kimi, Azərbaycan – Türkiyə enerji əməkdaşlığı strateji xarakter daşımaqla yanaşı, gələcəyin qlobal enerji xəritəsində də mühüm yer tutur. Bu əməkdaşlıq həm iki qardaş ölkənin gücünü birləşdirir, həm də Avropanın enerji xəritəsini zənginləşdirir.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan – Türkiyə enerji forumlarına və ümumilikdə, iki ölkə arasında mütəmadi xarakter alan enerji əməkdaşlığına nəzər salanda bir neçə mühüm məqamı vurğulamaq olar. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, bu sahədə rəsmi əməkdaşlığımız 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə başladı. Həmin müqavilədə Türkiyənin TPAO şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak etməklə ölkəmizin neft sənayesinə qoşuldu. Lakin əməkdaşlığın əsası bundan da əvvəl – 1992-ci ildə qoyulmuşdu. O zaman Azərbaycan müstəqilliyinin ilk illərində Türkiyə ilə neft məhsullarının ticarətinə başlamışdı: dizel yanacağı əvvəlcə dəmir yolu ilə Batuma, oradan isə tankerlərlə Trabzona göndərilirdi. Bu, Azərbaycanın qardaş ölkənin enerji tələbatını qarşılamaqda atdığı ilk addım idi.

Sonrakı illərdə Türkiyə şirkətləri təkcə hasilat deyil, həm də kəşfiyyat layihələrində iştiraklarını genişləndirdilər və bu sahədə daha fəal iştirak etmək niyyətlərini ortaya qoydular. Nəticədə, bu gün Türkiyə “Şahdəniz” kimi strateji əhəmiyyətli layihədə özünə layiq paya sahibdir. Bununla yanaşı, neft və qaz hasilatı ilə bağlı əməkdaşlıq infrastruktur sahəsinə də sirayət etdi. Bakı – Tbilisi – Ceyhan boru kəməri və digər layihələrdə Türkiyə şirkətləri həm podratçı, həm də səhmdar kimi çıxış etdilər.

İki ölkə arasında əməkdaşlığın yeni mərhələsi daha çox diqqət çəkir. İstanbulda keçirilən son enerji forumunda Türkiyənin energetika naziri Alparslan Bayraktar mühüm bəyanatlarla çıxış etdi. Onun vurğuladığı məsələlərdən biri Azərbaycan – Türkmənistan əməkdaşlığını əhatə edən “Dostluq” yatağı layihəsi idi. 2021-ci ilin yanvarında hökumətlərarası sazişlə təsdiqlənən bu layihəyə TPAO-nun da töhfə verməsi gözlənilir. Çünki əvvəllər bu sahəyə iddialı olan Rusiyanın “Lukoil” şirkəti 2022-ci ildə ciddi sanksiyalarla üzləşdiyindən və texnoloji imkanlarını itirdiyindən artıq burada iştirak edə bilmir.

Digər tərəfdən, Türkiyənin qısa müddətdə – cəmi üç il ərzində Qara dənizin dərinliklərindən qaz hasilatını reallaşdıraraq dünya rekorduna imza atması TPAO-nun bu layihədə də uğurlu iştirak potensialını göstərir. Bundan əlavə, şirkət Xəzərin dərin sularında yerləşən D-230 və “Şəfəq–Asiman” kəşfiyyat layihələrinə də maraq göstərir. Bütün bunlar yaxın və orta gələcəkdə Azərbaycan – Türkiyə enerji əlaqələrinin daha da güclənəcəyindən xəbər verir.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri