Icma.az
close
up
RU
Azərbaycan Türkiyə gərginliyində sizlər nə etdiniz?

Azərbaycan Türkiyə gərginliyində sizlər nə etdiniz?

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan-Türkiyə münasibətlərinin son həftələrdə üzləşdiyi gərginlik təkcə iki ölkənin siyasi dairələri və media məkanı üçün deyil, illərdir bu qardaşlığın təbliği ilə məşğul olan ziyalılar, ictimai təşkilatlar və diaspor nümayəndələri üçün də ciddi sınağa çevrilib.

Bu proses bir həqiqəti yenidən gündəmə gətirir: Azərbaycanı sevdiyini söyləmək başqa, onun maraqları mübahisə predmetinə çevriləndə açıq mövqe ortaya qoymaq tamam başqa məsələdir.

Bu baxımdan Türkiyədə nüfuz sahibi olan azərbaycanlılardan, o cümlədən Azərbaycanı yaxşı tanıyan, azərbaycanlıların düşüncə tərzinə və xarakterinə bələd olan türk qardaşlarımızdan gözləntilər daha çoxdur. Bu, həm də hər iki ölkə ziyalılarının tarixi missiyasının “sınaq testi”dir.

Qardaşlığı müdafiə üçün əvvəlcə həqiqəti söyləmək lazımdır...

Kampaniyanın ilk dalğasında təhrif edilmiş faktlar və yaxud tamamilə uydurma məlumatlar sürətlə dövriyyəyə buraxılır, sosial şəbəkələrin Azərbaycan seqmentində hansısa profildən “ictimailəşir” və ən qısa müddətdə Türkiyə seqmentində böyük qruplara necəsə yol tapır və yayılırdı. Məsələn, bir “profil” anası və bacısının hicablı olduğu üçün Bakıda avtobusdan düşürüldüyü və yolda qaldıqlarını yazır, bir neçə saniyədən sonra bu statusun skrini Türkiyə seqmentində ildırım sürəti ilə paylaşılır. Nəticədə Türkiyədə inanclı kəsimin aqressiyası düşünülmüş şəkildə Azərbaycana qarşı manipulyasiya edilir...

Və yaxud: Türkiyədə elə təqdim edilir ki, guya, Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən müsəlman və türk ölkələrindən yalnız və yalnız Azərbaycanın nümayəndə heyəti zalda qalır; üstəlik, “zalda oturmaq” Netanyahunun bütün dediklərini dəstəkləmək kimi “izah” edilir.

İsrail baş nazirinin çıxışı zamanı Fələstinin ərəb qardaşları - BƏƏ, Bəhreyn və Mərakeşin nümayəndə heyətinin zalda olması, bu ölkələrin İbrahim Sazişinə qoşulmaları nədənsə “yaddan çıxır”...

Bu kampaniya qarşısında reallığı kimsə dilə gətirmir, demir ki:

1) “Papadan daha artıq katolik olmaq” yaxşı heç nə vəd etmir; 2) Fələstin həmişə Ermənistanı müdafiə edib, Azərbaycan ərazilərinin işğalına haqq qazandırıb; 3) Fələstində təlim keçən erməni terror qrupları Bakıda metronu partladıb, Xocalıda qətliam həyata keçirib; 4) Buna baxmayaraq, Azərbaycan Fələstin məsələsində İƏT üzvü kimi davranır; 5) İki ərəb ölkəsi qondarma “erməni soyqırımı”nı tanıyır, ancaq cəmi 3 ay əvvəl İsrail Knessetinə təqdim edilən “tanınma layihəsi” məhz Azərbaycanın müdaxiləsi ilə gündəmdən çıxarıldı...

Bu və digər həqiqətlər, faktlar, Azərbaycanın xarici siyasətinin Türk dünyası və elə Türkiyənin özü üçün müsbət çalarlarını anlamaq və anlatmaq əvəzinə yalan və böhtan o qədər sürətlə yayılırdı ki, təkzibləri vaxtında çatdırmaq belə mümkün deyildi.

Bu prosesdə “güdükdə dayanan”, məqam və fürsət gözləyən şəxslərin necə təşkilatlanmış formada hərəkətə keçməsi də bir ayrı araşdırmanın mövzusudur. Ən ciddi tədqiq edilməli məqam isə Azərbaycanı və Türkiyəni sevənlərin əksəriyyətinin belə manipulyasiya edilməsi, hisslərinə təslim olması və bütün sərhədləri aşa bilməyə qədər özlərinə nəzarəti itirmələri idi.

Proses yalnız əndazəni aşandan sonra əks-təsir işə düşdü: Azərbaycan dövlətinin daxili və xarici siyasətinə müdaxilənin yolverilməzliyi və qardaş ölkənin suverenliyinə vurğu, nəhayət, tanınmış türk blogerlərin də əsas ritorikasına çevrildi. MHP başqanı Dövlət Baxçalının 14 oktyabrdakı məşhur açıqlamasından sonra isə millətçi kəsimin bütün platformalarda qeyri-adi dərəcədə aktivləşdiyi müşahidə olundu.

Türkiyədə yaşayan azərbaycanlı alim, professor, "Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu"nun (TADİV) rəhbəri olan Aygün Attarın oktyabrın 15-də və 17-də yayımlanan məqalələri də diqqətəlayiqdir. O, həmçinin iki ölkənin ziyalılarının iştirakı ilə ortaq "Qardaşlıq Bəyannaməsi"nin hazırlanmasını təklif edib ki, bu istiqamətdə ilk bəyanatı da Kayseri şəhərində Türk Dünyası Şair və Yazarlarının II TALAŞ Toplantısında qəbul edildi. Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə türk yazarlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan qarayaxmaların dərhal dayanmasını tələb etdilər.

Başqa ictimai şəkildə yüksək səslə elan edilə biləcək bizə və diaspora aid nümunə yoxdur. Bu nümunələr isə Baxçalını izləyir.

Türkiyədə illərdir Azərbaycan adına tədbirlər keçirən, müxtəlif platformalarda qardaşlıq mesajları verən, dövlətlərarası dostluq münasibətlərinin təbliğində iştirak edən çoxsaylı ictimai xadim, təşkilat və ziyalı var. Onlar bu görginlik vaxtı hansı mövqedə idilər?

Heç kimdən Azərbaycan hökumətinin bütün qərarlarını müdafiə etmək tələb oluna bilməz. Lakin Azərbaycan dövlətinə və xalqına yönəlmiş təhqirlər qarşısında prinsipial mövqe ortaya qoymaqla hansısa siyasi qərarı dəstəkləmək tamamilə fərqli məsələlərdir.

Əgər bir ictimai xadim illər boyu Azərbaycan və Türkiyə qardaşlığının təbliğini öz fəaliyyətinin əsas istiqaməti kimi təqdim edirsə, münasibətlərdə böhran yarananda onun üzərinə əlavə mənəvi məsuliyyət düşür.

Qardaşlıq yalnız bayramlarda səsləndirilən sağlıq, təbrik, konfranslarda söylənilən nitq, sosial şəbəkələrdə paylaşılan iki bayraq şəkli ola bilməz. Qardaşlığın əsl mahiyyəti münasibətlər çətin sınaqdan keçəndə üzə çıxır.

Bu mənada indiyədək ictimai mövqe ortaya qoymayan şəxslərə ünvanlanmalı suallar var:

Niyə Azərbaycanla bağlı əsassız iddialar, yalanlar, böhtanlar yayılanda onları faktlarla təkzib etməyə çalışmırsınız?

Niyə iki ölkə ictimaiyyəti arasında qarşılıqlı etimadın zəifləməsinə səbəb olan ritorikanın önünü almırsınız?

Niyə uzun illər ərzində formalaşdırdığınız əlaqələrdən gərginliyi azaltmaq, düzgün məlumat yaymaq və ictimai dialoqu qorumaq üçün istifadə etmirsiniz?

Əlbəttə, bəzi şəxslərin səssiz diplomatiya apardığı, qapalı görüşlərdə və ya şəxsi əlaqələr vasitəsilə məsələnin həllinə çalışdığı istisna edilmir. Ona görə də ictimai susqunluğu avtomatik olaraq fəaliyyətsizlik və ya günah kimi təqdim etmək doğru olmaz. Ancaq ictimai nüfuzdan istifadə etmək imkanı olan şəxslərin böhran dövründə nə etdiklərini cəmiyyətə izah etmələri tamamilə legitim gözləntidir.

Susqunluğun da siyasi və mənəvi nəticələri var

İnformasiya müharibələrinin və sosial şəbəkələrin ictimai rəyi sürətlə formalaşdırdığı müasir dövrdə susmaq, necə deyirlər, artıq “qızıl” deyil.

Bir tərəfdə davamlı ittihamlar, emosional çıxışlar və təhqirlər səsləndirilirsə, digər tərəfdə isə əsaslandırılmış mövqe və faktlara söykənən cavablar kifayət qədər görünmürsə, informasiya mühitində birtərəfli təsəvvür formalaşa bilər.

Bu, təkcə dövlət qurumlarının problemi deyil.

Xüsusilə Türkiyədə yaşayan, bu ölkənin akademik, siyasi və media mühitini yaxından tanıyan azərbaycanlı ziyalıların imkanları fərqlidir. Onlar Türkiyə auditoriyasına Azərbaycan dövlətinin həssaslıqlarını, suverenlik anlayışını, regional siyasətinin məntiqini daha anlaşıqlı şəkildə çatdıra bilərlər.

Bu missiya yalnız vətənpərvərlik məsələsi deyil, həm də ictimai məsuliyyətdir.

Azərbaycanın dövlət qurumları sentyabrın sonundan etibarən Türkiyə media məkanındakı bəzi paylaşımlarla bağlı narahatlıqlarını açıq ifadə ediblər. Sonrakı həftələrdə Türkiyədəki ayrı-ayrı siyasətçilərin bəyanatları da müzakirələri genişləndirib. Belə bir şəraitdə illərdir iki ölkə arasında ictimai əlaqələr qurmaqla məşğul olan təsisatların daha fəal görünməsi gözləniləndir.

Azərbaycanı sevmək onun müstəqil iradəsinə hörmət etməkdir...

Bu müzakirədə unudulmamalı fundamental bir prinsip var: Azərbaycan müstəqil dövlətdir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi onun bütün xarici və daxili siyasi qərarlarının Ankara ilə eyniləşdirilməsi demək deyil. Eyni şəkildə, Türkiyənin də öz milli maraqları, siyasi prioritetləri və cəmiyyətinin həssaslıqları mövcuddur.

Strateji müttəfiqlik bu fərqliliklərin yox olması deyil, onların qarşılıqlı hörmət əsasında uzlaşdırılmasıdır.

Məhz buna görə Azərbaycanı müdafiə etmək Türkiyəyə qarşı çıxmaq anlamına gəlməməlidir. Türkiyəni sevmək də Azərbaycanın suveren qərarlarını şübhə altına almaq hüququ vermir.

Əsl qardaşlıq münasibətlərində tənqid mümkündür, hətta bəzən zəruridir. Ancaq tənqidlə təhqir, fikir ayrılığı ilə siyasi təzyiq, ictimai narazılıqla bütöv bir xalqın hədəfə alınması arasında aydın sərhəd olmalıdır. Bu sərhədi qorumaq həm siyasətçilərin, həm medianın, həm də ziyalıların vəzifəsidir.

İndi söz yox, mövqe və təşəbbüs zamanıdır

İki ölkənin akademik dairələri, jurnalist təşkilatları, diaspor strukturları və ictimai institutları arasında davamlı dialoq mexanizmlərinin yaradılması, dezinformasiyaya qarşı birgə faktoloji iş aparılması və həssas mövzularda qarşılıqlı izah imkanlarının genişləndirilməsi daha praktik nəticələr verə bilər.

Ən əsası, Azərbaycan–Türkiyə münasibətlərinin müdafiəsi yalnız dövlət başçılarının və diplomatik qurumların üzərinə qoyulmamalıdır. İllərdir bu münasibətlər sayəsində ictimai nüfuz qazanan, dostluq və qardaşlıq platformalarında təmsil olunan şəxslərin də konkret məsuliyyəti var.

Bu məsuliyyətin ölçüsü onların nə qədər gurultulu bəyanat səsləndirməsi deyil, münasibətlərin qorunmasına nə dərəcədə real töhfə verməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri