Icma.az
close
up
RU
Azərbaycan Türkiyə ilə birlikdədir!

Azərbaycan Türkiyə ilə birlikdədir!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qardaşlıq və dostluq münasibətləri strateji müttəfiqlik zəminində inkişaf edir

24 illik Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriya yeni tarixi dönəmə qədəm qoyur. Ötən illər ərzində ölkədə baş verən hadisələr, sosial-siyasi, hərbi gərginliklər istər əhali arasında, istərsə də ordu daxilində böyük narazılıqlar formalaşdırmışdı. Xalq açıq şəkildə öz etiraz səsini ucaldır, Əsəd rejiminin apardığı siyasətə “yox” deyirdi. Ard-arda baş verən vətəndaş müharibələri, qarşıdurmalar isə hakimiyyət üçün dərs olmadı - ötən dövrdə müharibədə yaranan müvəqqəti sükutdan milli birlik, milli barışıq üçün istifadə olunmadı. Tam əksinə, Əsəd rejimi qeyri-konstruktiv və aqressiv hərəkətlərini davam etdirdi. Nəticə etibarı ilə, aqibəti əvvəldən bəlli olan Əsəd hakimiyyəti özünün məntiqi sonunu gətirdi.

Terrorizmə qarşı mübarizə...

Bu gün artıq yeni siyasi dövr formalaşır. Suriyada baş verən hadisələr əsl reallığı ortaya qoyur - xalqına güvənməyən, xalqının etimadını doğrultmayan, yalnız özünün hakimiyyətini qorumağa yönəlik fəaliyyətlə yadda qalan Bəşər Əsəd ölkənin gələcəyini sual altına qoymuşdu. Amma artıq vəziyyət dəyişib. Artıq yeni hədəflər uğrunda müzakirələr aparılır, addımlar atılır. Bu gün Suriyada milli birlik hökumətinin yaradılmasına böyük ehtiyac var və bu amil Suriyanın ərazi bütövlüyünün saxlanması üçün vacib şərtlərdən biridir. Bölgənin aparıcı aktoru kimi Türkiyə problemlərin həllində mühüm rol oynayır. Uzun illərdir ki, Suriyadakı müharibələrdən mühacirət etmək məcburiyyətində qalmış əhaliyə sığınacaq və pənah yeri olan Türkiyə bu gün vəziyyətin stabilləşməsi üçün önəmli işlər görür. Ankara hərbi qarşıdurma başlanan dövrdən mülki vətəndaşlarla bağlı öz narahatlığını ifadə etmiş, humanitar yardım məsələsində bir daha önə çıxmışdı. Bölgədə terrorizmin sona yetməsi üçün Türkiyə bütün gücünü səfərbər etdi - məhz Türkiyənin dəstəyi ilə Suriyanın ərazisində terrorizmə qarşı mübarizə daha da qəti hal almağa başladı. Artıq yeni siyasi reallıqlarda Türkiyə özünün yeni dəstək imkanlarını təqdim edir. Qarşıdan gələn dövrdə Suriyada proseslərin dinc inkişafı üçün Türkiyə yenidən töhfələr verməyə hazır olduğunu bildirir. 

Bakı Ankara ilə birlikdə...

Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə ilə rəsmi müttəfiqlik bəyannaməsi - “Şuşa Bəyannaməsi”ni imzalayan Azərbaycan da uzun illər terrordan əziyyət çəkib. Bununla belə, Azərbaycan hər zaman qlobal məkanda terrorizmə qarşı mübarizənin ön sırasında yer alıb, bu kimi tədbirləri dəstəkləyib. Suriyada cərəyan edən hadisələrlə bağlı da Azərbaycanın mövqeyi açıq və aydındır - qardaş Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına böyük ümidlər bəslənilir. Yeri gəlmişkən, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın qardaş dəstəyi...

Bəli, vurğulandığı kimi, Azərbaycan ilə Türkiyə qlobal problemlərin həllində, irəli sürülən təşəbbüslərdə, göstərilən humanitar yardımlarda hər zaman eyni mövqedən çıxış edir. Hər iki ölkə məsələlərə məhz beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində yanaşma sərgiləyirlər - bu birlik, birgəlik isə mühüm bir coğrafiyanın iqtisadi əsaslarını gücləndirir, təhlükəsizlik arxitekturasını formalaşdırır, əməkdaşlıq prinsiplərinin sərhədlərini müəyyənləşdirir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr qardaşlıq, müttəfiqlik müstəvisində inkişaf edir. Bu mənada Suriyaya nəzərən nümayiş olunan mövqelərin üst-üstə düşməsi də qanunauyğunluq sayılmalıdır. Hər iki dövlət münaqişələrin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı kimi çıxış edir - Türkiyə və Azərbaycan dünyada baş verən hərbi kataklizmlərin sonlandırılması üçün qlobal dünyaya çağırışlar edirlər. Hər iki dövlət yaşıl gələcək uğrunda hədəflərini koordinasiya edərək yeni imkanların yaranması üçün səfərbər olur. Vurğulandığı kimi, Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hər zaman hazırdır...

XİN: Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyətlə bağlı bəyanatında da bildirilib ki, ölkəmiz Suriyada baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Vurğulanıb ki, Suriyada Bəşər əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. “Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir, Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir. Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır”, - deyə bildirilən bəyanatda Azərbaycanın Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparıldığı da yer alır: “Azərbaycan Respublikası, həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası işini davam etdirəcək. Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır”.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri