Icma.az
close
up
RU
Azərbaycan Türkiyə iqtisadi əlaqələri güclənir

Azərbaycan Türkiyə iqtisadi əlaqələri güclənir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən "STAR" neft emalı zavodu (NEZ) 2025-ci ilin avqust ayında xam neft idxalını və neft məhsulları istehsalını əhəmiyyətli dərəcədə artırıb. Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir. 2025-ci ilin avqust ayında zavod təxminən 911,3 min ton xam neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə (514,25 min ton) müqayisədə 77,2 faiz çoxdur. Zavodda istehsalda məhsul kateqoriyalarının əksəriyyəti üzrə artım nümayiş etdirib. Dizel yanacağının istehsalı 522,4 min tona çataraq 2024-cü ilin avqustu ilə (336,4 min ton) müqayisədə 55,3 faiz artıb. Aviasiya kerosininin istehsalı 39,6 faiz artaraq 124,1 min tondan 173,2 min tona yüksəlib, nafta istehsalı isə 53,3 faiz artım göstərərək 2024-cü ilin avqustundakı 86,95 min tonla müqayisədə 133,3 min tona çatıb.

Mayeləşdirilmiş neft qazının (LPG) istehsalı iki dəfədən çox artaraq 121,6 faiz yüksəlib və 2024-cü ilin avqustundakı təxminən 11,25 min tonla müqayisədə 24,9 min tona çatıb. Koks istehsalı 42,1 faiz artaraq 47,46 min tondan 67,4 min tona yüksəlib. Bundan əlavə, 2025-ci ilin avqust ayında zavod 7,265 min ton vakuum qazoylu və 10,2 min ton yüksək kükürdlü dizel yanacağı istehsal edib – bu məhsullar 2024-cü ilin avqust ayı üzrə statistikada nəzərə alınmamışdı.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunur. 2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı, nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim” neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam şəkildə təmin edir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib. Bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barrel), kondensat hasilatı 13,7 min ton (112 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,7 min ton (570 min barrel) olub. Hesabat dövründə neftin emalı 4,6 milyon ton təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. 9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib.

"STAR" neft emalı zavodu (NEZ) layihəsi Türkiyə ilə Azərbaycan arasında ən böyük iqtisadi əməkdaşlıq və investisiya layihələrindən biridir. Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 mlrd. ABŞ dollarınadək investisiya yatırılıb. Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəaldır. Azərbaycanın xarici ticarətində Türkiyə 2-ci yerdə olmaqla mühüm paya malikdir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin 26 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,6 faizi Rusiya, 8,7 faizi Çinin payına düşür.

Azərbaycanın özündə neft-qaz sektoruna sərmayələrin azalması müşahidə edilir. 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə əsas kapitala 13 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna isə 7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 6647,6 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 4298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr həm tarixi, həm də strateji baxımdan çox sıx və çoxşaxəlidir. Bu əlaqələr təkcə ticarət və investisiyalarla məhdudlaşmır, həm də enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və təhsil sahələrini əhatə edir. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipi əsasında siyasi, iqtisadi və mədəni inteqrasiyanı gücləndirirlər. İqtisadi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və qarşılıqlı investisiyalar daim artır. Hər iki ölkə arasında “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi” (2010) iqtisadi əlaqələrin hüquqi bazasını möhkəmləndirib.

Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ilin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 6–7 milyard ABŞ dollarını keçib. Məqsəd 2030-cu ilədək bu həcmi 15 milyard dollara çatdırmaqdır. Azərbaycanda qardaş ölkəyə əsas ixrac məhsulları neft və neft məhsulları, qaz, kimya məhsulları, alüminium və metal sənayesi məhsullarıdır. Əsas idxal məhsulları isə tikinti materialları. qida məhsulları, məişət texnikası və avtomobillər, tekstil və sənaye mallarıdır.

Yaxın gələcəkdə iki qardaş ölkə arasında ticarətin həcminin artırılması, yeni nəqliyyat-logistika layihələrinin tamamlanması, texnologiya və innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlərdəndir. İqtisadi əlaqələrin inkişafı həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində regional inteqrasiyanın güclənməsinə xidmət edir. Türk dövlətlərində müşahidə olunan sürətli iqtisadi artım infrastruktur, enerji sektoru və rəqəmsal innovasiyalara qoyulan investisiyalarla dəstəklənir. Bu il Qazaxıstan, Türkmənistan və Özbəkistanda 6-7 faiz ÜDM-in artım tempi qeydə alınıb. Şimali Kipr Türk Respublikasında (ŞKTR) 6,4 faiz, Qırğızıstanda 11,7 faiz artım qeydə alıb. Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, Türkiyə 3,6 faiz artım əldə edib. Macarıstan əsasən rəqəmsal və yaşıl sektorların inkişafı ilə 0,1 faiz artıma nail olub.

2025-ci ilin birinci yarısında qlobal ticarətdə artımın 1,7 faizə qədər azalmasına baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqeyini qoruyub, qlobal ticarət dövriyyəsinin 4,2 faizini təşkil edərək ümumilikdə 701,6 milyard dollara çatıb. Azərbaycan və Qazaxıstan davamlı ticarət profisitinə malikdir. Azərbaycanın ticarət profisiti 920 milyon dollar, Qazaxıstanın isə 7,68 milyard dollar olub. TDT ölkələrinin yaşıl texnologiyalar, rəqəmsal infrastruktur və qeyri-neft sektorlarında investisiyalara fokuslanmağa davam etməsi gözlənilir. Orta Dəhlizin inkişafı Asiya və Avropa arasında ticarət əlaqələrini gücləndirməkdə mühüm strateji əhəmiyyətə malikdir. TDT çərçivəsində regional əməkdaşlıq rəqabət qabiliyyətini, davamlılığı və texnoloji yeniliyi artırmaq üçün yaxşı imkanlar və fürsətlər baxımından çox əhəmiyyətlidir.

M.Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri