Icma.az
close
up
RU
Azərbaycan Türkiyə münasibətlərinə hücum Perinçek missiyası

Azərbaycan Türkiyə münasibətlərinə hücum Perinçek missiyası

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son zamanlara qədər Türkiyənin müəyyən radikal və marjinal çevrələrində Azərbaycanın Fələstin məsələsində guya “susqun” qalması, yaxud da İsrail tərəfdarı olması iddiaları ortaya atılırdı. Bunu heç bir halda təsadüfi hesab etmək olmaz.

Uzun müddətdir Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmaq istəyən qüvvələr özlərinə yeni mövzu axtarırdılar.

Həmin dairələr Fələstin məsələsini fürsət bilib bunun üzərindən qardaşlıq bağlarını zədələməyə çalışdılar.

Bu informasiya əməliyyatının arxasında radikal islamçılar, solçu çevrələr, erməni diasporu, eləcə də Rusiya yönümlü siyasi fiqurlar dayanır. Və bu informasiyanı yayanlar əslində Türkiyə düşmənləridirlər.
Onlar müxtəlif ölkələrdə fərqli adlar altında eyni məqsədə xidmət edirlər.

Türk dünyasının birliyini pozmaq, Azərbaycanla Türkiyəni bir-birinə qarşı qoymaq onların hədəfləri sırasındadır.
Amerika prezidentinin də iştirak etdiyi son Misir görüşündə Fələstin məsələsini son qoyuldu. Beləliklə, bu fürsət əldən çıxdı.

İndi isə yeni, tam yeni bir "musiqi aləti"nin səsi gəlir. İfaçı Doğu Perinçek adlı millət satqınıdır. Bu aləti bu siyasətçi necə ifa edirsə, səs musiqi alətindən deyil, siyasətçinin özündən çıxır. Belə şəxslər Türkiyənin üz qarasıdır. Kaş ki, qardaş ölkədə belə rəzillər olmasaydı...

Vətən Partiyasının sədri olan Perinçek belə bir məlumat tirajlayıb ki, guya Azərbaycan hökumətinə və Prezident Administrasiyasına məktub göndərib, 2025-ci ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan “Avropa Hahamları Konfransı”nın ləğv edilməsini tələb edib.

Tələb edib e… Adama sual versən ki, sən kimsən, kimin sifarişi ilə oynayırsan… Özünü millət fədaisi kimi təqdim edir.

Əslində bu ritorika, daha doğrusu Perinçek mahnısı yeni deyil.

Fotoda: Perinçek PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanla birlikdə

Bu adam illərdir Rusiya ilə İranın bölgədə istifadə etdiyi psixoloji təbliğat modelinin növbəti və köhnə, ifşa edilmiş nümunəsidir.

Müsəlman həmrəyliyi pərdəsi altında Türk dövlətlərinin qərbyönümlü siyasətinə qarşı yönəlmiş kampaninın aktiv tərəfidir. 

Perinçeki bir az da yaxından tanıyaq. 

O, 1970-ci illərdən Türkiyədə radikal sol hərəkatın öncüllərindən biri kimi tanınır. Dövrün sol hərəkatlarının əksəriyyəti kimi onun da Moskva ilə qopmaz ideoloji və maddi bağları mövcud olub. Bu əlaqələr təkcə ideoloji səviyyədə biruzə verməyib, əməli fəaliyyətlərdə özünü göstərib. Hətta SSR dağılıb, amma Perinçekin baxış bucağı, rus köpəyi statusu dəyişməyib. O, bu dəfə “anti-NATO”, “anti-Amerika”, “anti-Avropa” şüarları altında Rusiya və İran siyasətinə dürtülüb.

Görünən odur ki, Vətən Partiyası Rusiyanın müəyyən dairələri ilə körpü funksiyasını yerinə yetirir. Rusiyanın ideoloji mesajlarını Türkiyə cəmiyyətinə “milli mövqe” adı ilə ötürür. Perinçekin ailə əlaqələri və maliyyə mənbələri da bu istiqaməti təsdiqləyir.

Onun oğlunun Rusiyada yaşadığı, biznes fəaliyyəti ilə məşğul olduğu barədə dəfələrlə etibarlı mənbələrdə məlumatlar yayımlanıb. Bunu Türkiyə cəmiyyətində bilməyən yoxdur.

Eyni zamanda, Perinçekin rus politoloqları və media nümayəndələri ilə sıx təmasda olduğu da məlumdur. Yəni əlaqələr ideoloji müstəvidə də aydın görünür. O, mütəmadi olaraq Rusiya telekanallarında çıxış edir, Türkiyənin “NATO-dan çıxmalı” olduğunu, “Türkiyə Avrasiya İttifaqına qoşulmalıdır” fikirlərini təbliğ edir.

Fotoda: Perinçek Rusiyanın "baş ideoloqu" Duginlə birlikdə

Bu baxışlar Moskvanın maraqlarına tam uyğundur. Yəni Perinçek Rusiya və İranın bölgədəki zurnasıdır. İndi bu rus köpəyinin Azərbayacana tərəf hürməsi öz-özünə deyil. Azərbaycan son illərdə həm Türk dünyasının siyasi mərkəzinə, həm də enerji təhlükəsizliyi strategiyasının əsas oyunçusuna çevrilib.

Bakı-Tbilisi-Ceyhan, TANAP, Zəngəzur dəhlizi kimi layihələr Qərb və Türk dövlətlərini birləşdirir. Etiraf etməsələr də bu, Rusiya və İranın geosiyasi orbitinə zərbə vurur.

Əlbəttə ki, belə bir şəraitdə Azərbaycanın İsraillə əməkdaşlığı və Qərb texnologiyalarına inteqrasiyası bu binəvanı oynadan güclərin narahatlığına səbəb olur.

Ona görə də bu əməkdaşlıq “Fələstin məsələsi” iflasa uğrayandan sonra yəhudi bəhanəsi ilə hədəfə alınır. Əslində Azərbaycan Fələstin dövlətinin müstəqilliyini və hüquqlarını daim dəstəkləyib.

Bu, BMT qətnamələrinə və rəsmi bəyanatlara da əsaslanır. Amma reallığı təhrif edənlər üçün faktların əhəmiyyəti yoxdur. Perinçek üçün fakt lazım deyil, pul-para lazımdır.

Doğu Perinçek kimi fiqurların məqsədi tam aydındır. Onlar Türkiyə ilə Azərbaycan arasında süni fikir ayrılığı yaratmaqda israrlıdırlar.

Bu xətt həm siyasi, həm də ictimai şüur səviyyəsində həyata keçirilir. Türkiyədə bəzi “müxalif” çevrələr Azərbaycanı tənqid edəndə Rusiyapərəst media dərhal bu fikirləri gücləndirir və tirajlayır.

Doğu Perinçekin çıxışları Rusiya mediasında geniş şəkildə yayımlanır. Kremlə yaxın analitiklər onu “Türkiyədə anti-NATO səsi” adlandırırlar. Hətta Rusiyanın bəzi kanalları onu “Türkiyə ilə Moskva arasında dostluq körpüsü” kimi təqdim edir. Əslində isə bu, Türk birliyinə qarşı körpüdür.

Perinçek və onun kimiləri üçün “Türk dünyası” anlayışı Rusiyanın nəzarəti altında bir Avrasiya blokuna çevrilməlidir. Bu isə nə Azərbaycan, nə Türkiyə, nə də Orta Asiya dövlətlərinin maraqlarına uyğundur. Türkiyədə bu nadana dəstək olanlar Türkiyənin əleyhinə iş gördüklərinin fərqində olmalıdırlar.

Odur ki, Doğu Perinçekin yaydığı məktubu koordinasiyalı təxribatın tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Çünki hədəf Azərbaycan-Türkiyə münasibətlərinin strateji təməllərinə zərbə vurmaqdır.

Bu təxribat din pərdəsi altında milli birlik ideyasını sarsıtmaq, regional nüfuz yarışında Bakının beynəlxalq tədbirlərə ev sahibliyini “mənfi çərçivə” ilə gözdən salmaq, dini toplantını siyasi çərçivəyə çəkib təzyiq altında saxlamaq məqsədi daşıyır.

Unutmayaq, bu gün Perinçek Bakını hədəf alırsa, sabah Ankaranı da eyni ritorika ilə vuracaq.

Çünki bu siyasətin mahiyyəti Türk birliyini dağıtmaq, Türk dövlətlərini müstəqil qərar verməkdən çəkindirməkdir.

Azərbaycan və Türkiyə bu gün strateji müttəfiqlik zirvəsindədir. Perinçek kimi maşalar bu birliyi sarsıda bilməz. Çünki bu birlik tarix və gələcək üzərində qurulub. Sadəcə, qardaş Türkiyədə bu kimi nadanlara yer olmamalıdır.

Elnur ƏMİROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri