Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı

Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Hazırda dünyada yeni nizam formalaşmaqdadır və ölkələr arasında ciddi qütbləşmələr müşahidə edilir. Belə bir şəraitdə Azərbaycan - Türkiyə - Pakistan dostluğunun daha da möhkəmlənməsi hər üç ölkənin maraqlarına cavab verir. Dünyada ayrı-ayrı ölkələrin bu və ya digər platformalarda birləşmələrinə dair çoxlu sayda misallar sadalamaq mümkündür. Lakin bu formatların bir çoxu süni şəkildə yaradılır və onlar hansısa keçici maraqlar əsasında formalaşdığına görə səhnədən tez silinib çıxırlar. Azərbaycan-Türkiyə-Pakistan üçbucağına gəldikdə isə mənzərə tamam fərqlidir. Bu üç ölkə tarixən bir-birinə bağlı olub və zəngin milli-mənəvi dəyərlər bu gün üç ölkə arasında siyasi əlaqələrin təməlində dayanan çox mühüm amil qismində çıxış edir. Təsadüfi deyildir ki, Azərbaycan, Türkiyə və Pakistanın daha sıx münasibətlər qurmasına həm dövlətlər və liderlər güclü siyasi iradə nümayiş etdirirlər, həm də cəmiyyətlərdə buna böyük istək var.

Məmnunluq hissi ilə qeyd edə bilərik ki, hər üç ölkə uğurların, xoş günlərin sevincini bölüşməyə tələsdikləri kimi, çətin məqamlarda da bir-birinə dəstək olmağa çalışırlar. Bunu biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi günlərində bir daha gördük. Türkiyə və Pakistan keçmiş Dağlıq Qarabağ probleminin lap əvvəlindən Azərbaaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəklərini bildiriblər, müxtəlif platformalarda ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini birmənalı şəkildə dəstəkləyiblər. Bu qardaşlıq dəstəyi respublikamızın qoşulduğu ədalətli müharibə günlərində daha da gücləndi. Belə ki, Türkiyə və Pakistan liderləri, digər yüksəksəviyyəli rəsmiləri müharibənin ilk günlərindən ardarda bəyanatlar verərək Azərbaycana güclü mənəvi-siyasi dəstək  göstərdilər, xalqımızın, dövlətimizin yanında olduqlarını bildirdilər. Bu bizə əlavə stimul verdi, özünəinam hissimizi daha da gücləndirdi.  Beləliklə də, Müzəffər Ordumuz cəmi 44 gün ərzində düşməni tam kapitulyasiyaya məruz qoydu və biz ərazi bütövlüyümüzü, sonrakı mərhələdə isə suverenliyimizi tam təmin etdik.

Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlığı çoxvektorlu olması ilə diqqət çəkir. Burada indiki geosiyasi reallıqlar şəraitində hərbi sahədə əməkdaşlığın önəmini ayrıca qeyd etmək lazımdır. Türkiyə və Pakistanın hərbi cəhətdən qüdrətli dövlətlər olmaları Azərbaycanın milli maraqlarına tam uyğundur . Respublikamızla qardaş Türkiyə Şuşa bəyannaməsini imzalamaqla onsuz da mövcud olan strateji müttəfiqliklərini rəsmən təsdiqləyiblər. Eyni zamanda, Azərbaycanın qardaş Pakistanla hərbi əməkdaşlığı getdikcə dərinləşir. Artıq bu ölkənin bir sıra müasir hərbi texnikası Azərbaycanın silahlanmasına cəlb edilib. Bundan əvvəl Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Pakistanın Baş naziri azad Qarabağda – Laçında görüşmüşdülər. Bu dəfə isə qardaş ölkələrin liderləri Bakıda böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parada qatıldılar ki, bunun da böyük rəmzi mənası var.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri