Icma.az
close
up
RU

Azərbaycan Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Ankara şəhərində 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib.
Tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkın ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq hörmət və ehtiram nümayiş etdirilib.
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edən Azərbaycan nümayəndə heyəti, onun məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Nümayəndə heyətimizi ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.
Daha sonra Baş direktor A.Qurbanov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, icra olunan qarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub.
Səfər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr aparılıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin Alt İşçi Qrupların iclasları keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri