Icma.az
close
up
RU
Azərbaycan Türkiyədən “Altay” tankları ALACAQ

Azərbaycan Türkiyədən “Altay” tankları ALACAQ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə yerli  "Altay" tanklarının kütləvi istehsal prosesinə start verilib. Tanklar Ankarada yerləşən BMC zavodunda istehsal edilir.

BMC şirkətinin İdarə Heyətinin sədri Fuad Tosyalı bildirib ki, zavod ötən il qurulmasına baxmayaraq, artıq kütləbi istehsalı həyata keçirməyə başlayıb. Şirkətin törəmə qurumu olan "BMC Power" hazırda gücü 400–1500 at gücü arasında dəyişən yerli hərbi mühərriklərin hazırlanması üzərində işləyir.

Tosyalının sözlərinə görə, şirkətin yaratdığı BATU güc qurğusu “Altay” tanklarında istifadə edilməzdən əvvəl genişmiqyaslı sınaqlardan keçməlidir.

“Mühərrikin 10 min kilometr məsafəni qət etməsi və məhsuldarlıq testlərindən uğurla çıxması nəzərdə tutulub. Hazırda bütün proqram qrafik üzrə davam edir, hər hansı nasazlıq qeydə alınmayıb. Tankla yanaşı, hava və müdafiə sistemləri də paralel olaraq sınaqdan keçirilir”, - deyə şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, tanklar istehsal prosesindən sonra Türkiyə ordusunun silahlanmasına qəbul ediləcək. Ancaq qardaş ölkə bununla məhdudlaşmağı düşünmür. Belə ki, yerli tanklar tərəfdaş ölkələrə də satıla bilər.

“Biz inanırıq ki, bu istehsal Türkiyə Silahlı Qüvvələrinin və tərəfdaş ölkələrin müdafiə ehtiyaclarını ödəyəcək”, – deyə Tosyalı qeyd edib.

Modern.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmov bildirib ki, Azərbaycan da "Altay" tanklarını alacaq.

"Çünki bizdə hazırda Rusiya istehsalı T-72 və T-90 tankları mövcuddur. T-90 da öz taktiki-texniki xüsusiyyətinə görə müasir hərbin uğurları nəticəsində meydana gələn silahların qarşısında özünü doğrultmur. Azərbaycan öz cəbhəxanası üçün Türkiyənin artıq sınaqdan keçirilmiş və özünü doğrultmuş silahlarından ala bilər və alır da. Təbii ki, öz ordusunun cəbhəxanasına bu tanklardan da əlavə edəcək. Amma məncə bu tanklardan kütləvi sayda alınmayacaq. Komplektasiya üçün ağır texniklara da ehtiyac var".

Qeyd edək ki, tank 12.7 mm və 7.62 mm silah sistemləri ilə təchiz olunub. Tankın hazırlanmasının ilkin mərhələsində 200-dən artıq atış icra edilib.

Ekspert deyir ki, hər bir texnikanın, silahın öz taktiki-texniki xüsusiyyətləri var.

"Tanklar ağır coğrafi şəraitdə dağlıq ərazilərdə çox ləng hərəkət edirlər və əsas, rahat hədəflərdən biri olurlar. Tank ağır texnikadır, zirehinin ağırlığından asılı olaraq da çəkisi artır.  İndiki tanklar 40-45 tondur. Laçında, Kəlbəcərdə bu tankların döyüş qabiliyyəti aşağı düşür. Bununla yanaşı heç bir dövlət tankları öz cəbhəsindən, silahlı qüvvələrinin arsenalından çıxarmayıb", - o deyir.

Onun sözlərinə görə, son illərdə qardaş Türkiyənin hərbi sənayesi fantastik dərəcədə yüksəlib.

"Azərbaycan üçün tankdan daha önəmli silahlar var. Ölkə cəbhəxanasının komplektləşdirilməsində o silahlara üstünlük verilir. Buna Pilotsuz Uçuş Aparatlarını göstərmək olar. Bu silahların böyük əksəriyyəti Türkiyə istehsalı idi.  Ağır texnikalar özlərini ağır coğrafi şəraitdə istənilən formada doğrulda bilmir.  Birinci və İkinci Qarabağ müharibələrində biz bunu gördük.  PUA-lar tankları dənləyə-dənlləyə getdilər. Təsəvvür edin ki, bir tankın modifikasiyası, yenilənməsi, texniki göstəriciləri yüksəldilir. Bu zaman xərclər 3 milyona qədər qalxır. Hər bir dövlət istəyər ki, müdafiə xərclərini münasib, öz tələbatlarına uyğun, müasir hərbin tələb etdiyi çərçivələr içərisində qursun", - İbrahim Rüstəmov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri