Azərbaycan Türkiyədən günəşdən qoruyucu eynəklərin idxalına görə liderdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 4 avqust, AZƏRTAC
2025-ci ilin birinci yarısında Azərbaycan Türkiyədən ümumilikdə 1,3 milyon ABŞ dolları dəyərində 32 min 936 ədəd günəşdən qoruyucu eynək idxal edib ki, bu da respublikanı bu növ Türkiyə məhsulunun alışında liderə çevirib.
Bu barədə AZƏRTAC Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına istinadla xəbər verir.
TÜİK-in məlumatına görə, ümumilikdə bu ilin yanvar-iyun aylarında Türkiyədən 5,4 milyon dollar dəyərində 190 mindən çox günəşdən qoruyucu eynək ixrac edilib.
Türkiyə istehsalı olan günəşdən qoruyucu eynəklərin ixracı üzrə ilk beşliyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Səudiyyə Ərəbistanı, İtaliya və BƏƏ də daxildir.
İlk altı ayda Türkiyədən ŞKTC-yə 1,2 milyon dollar dəyərində 15 min 769 ədəd günəşdən qoruyucu eynək ixrac edilib.
Eyni zamanda, Türkiyənin özü ilin birinci yarısında əsasən İtaliya, Çin, Tailand, Yaponiya və Fransadan 138,5 milyon dollar dəyərində 3,9 milyon ədəddən çox günəşdən qoruyucu eynək idxal edib.
Çindən Türkiyəyə birbaşa olaraq 35,2 milyon dollar dəyərində 1,7 milyon ədəddən çox günəşdən qoruyucu eynək ixrac edilib, İtaliya isə Türkiyə bazarına 82,2 milyon dollar dəyərində 1,6 milyondan çox eynək tədarük edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















