Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % dən çox artırıb
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 982,266 milyon ABŞ dolları dəyərində mal idxal edib.
"Cebheinfo.az" Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 7,4 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,4 % artaraq 194 milyard 613,623 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 16,636 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 10 % çox), Böyük Britaniya 11,533 milyard ABŞ dolları (+8,8 %), ABŞ 10,830 milyard ABŞ dolları (-2,5 %) və İtalya 10,285 milyard ABŞ dolları (+6,1 %) həyata keçirib.
Təkcə oktyabrda isə Türkiyədən Azərbaycana 248,414 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 20,2 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,2 %-i qədər olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















