Icma.az
close
up
RU
“Azərbaycan Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır”

“Azərbaycan Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycan-Ukrayna münasibətlərinin siyasi arxitekturasını yaradıb.”

“Yeni Sabah” xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi isə bu əməkdaşlığı adi dövlətlərarası münasibətlərdən daha yüksək səviyyəyə qaldırır. “Bu baxımdan Ukrayna Prezidentinin aprelin 25-də Azərbaycana rəsmi səfəri təkcə praktiki əməkdaşlıq gündəliyi ilə deyil, münasibətlərin dərin siyasi fəlsəfəsi ilə də diqqət çəkdi. Bu fəlsəfənin mərkəzində isə qarşılıqlı etimad, suverenliyə hörmət və strateji həmrəylik dayanır.”

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, məhz qeyd olunan bu prinsipial xətt ölkəmizin Prezident İlham Əliyev tərəfindən reallaşdırılan xarici siyasətində ardıcıl şəkildə qorunur: “Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və etibarlı tərəfdaş kimi mövqelənməsi də dövlət başçısının ardıcıl həyata keçirdiyi bu kursun nəticəsidir. Bu gün bir çox dövlətlərin ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi də bununla bağlıdır. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, son dörd ildə Ukrayna lideri ilə yeddi görüşün keçirilməsi, sadəcə, diplomatik statistika deyil. Bu, siyasi etimadın göstəricisidir.

Münxendə keçirilən son görüşdən iki ay sonra Bakıda yeni təmasın baş tutması əlaqələrin dinamik xarakterini nümayiş etdirir. Bu səfər həm də Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə dialoq və balans fəlsəfəsinin effektivliyini göstərdi. Azərbaycan heç vaxt münasibətlərini mövcud vəziyyətin məhdud çərçivəsi daxilində qurmayıb. Məhz buna görə də bu gün Bakı etibarlı tərəfdaş, məsuliyyətli aktor və sözünün sahibi olan dövlət kimi qəbul edilir. Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcək əməkdaşlığın da əsas təminatıdır. Hökumətlərarası komissiyanın və xarici siyasət məsləhətləşmələrinin davamı ilə bağlı müzakirələr bunun institusional əsaslarının da möhkəmləndiyini göstərir. Nəticə etibarilə, Ukrayna liderinin ölkəmizə səfəri bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmir, eyni zamanda, bu nüfuzu konkret strateji tərəfdaşlıqlara çevirir. Bu isə müasir geosiyasi reallıqlarda Azərbaycanın mühüm üstünlüyüdür” .


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri