Icma.az
close
up
RU
Azərbaycan Ukraynaya əsl örnək ölkədir ŞƏRH

Azərbaycan Ukraynaya əsl örnək ölkədir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu balanslı, ədalətli mövqe Azərbaycanı beynəlxalq sülhün və təhlükəsizliyin qurulmasında mühüm aktora çevirir


Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məqaləsində Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə əsaslanan mövqeyini və bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Ukrayna xalqı tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb. 

Diplomat qeyd edib ki, bu gün Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birgə ədalətli sülh və təhlükəsizlik hüququ uğrunda aparılan mübarizə ölkələrimizi beynəlxalq münasibətlərdə formalaşan yeni reallıqlar şəraitində yalnız gücə deyil, həm də səmimiyyətə əsaslanan ortaq dəyərlər üzərində birləşdirir. Bu, iki xalq arasında həmrəylik və qarşılıqlı etimadın ən güclü təməlidir. O qeyd edib ki, iki dövlət arasında əməkdaşlıq özünü energetika, ticari-iqtisadi və humanitar, eləcə də strateji tərəfdaşlığın müxtəlif sahələrində özünü aydın şəkildə göstərir: “Bu gün biz Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birlikdə ədalətli sülh və təhlükəsizlik hüququ uğrunda mübarizə aparırıq. Ölkələrimizi məhz beynəlxalq münasibətlərdə formalaşan yeni reallıqlar şəraitində təkcə gücün deyil, tərəfdaşlarımız və xalqımız qarşısında səmimi olmanın da vacibliyi anlamağımız birləşdirir”. 


  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a  açıqlamasında deyib ki, Azərbaycan dövləti Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu mövqeyini mütəmadi olaraq beynəlxalq platformalarda da ifadə edir. Politoloqun sözlərinə görə, Azərbaycan təkcə siyasi dəstək verməklə kifayətlənmir, həm də humanitar sahədə real addımlar atır: 

“Müharibə dövründə Ukraynaya 40 milyon manata yaxın humanitar yardımın göndərilməsi bu dəstəyin bariz nümunəsidir. Bu yardım müxtəlif sahələri, tibbi ləvazimatlar, ərzaq, enerji daşıyıcıları və digər zəruri vasitələri əhatə edib. Prezident İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda verdiyi “Ukrayna işğalla barışmamalıdır” çağırışı Azərbaycanın Ukraynanın yanında olduğunu göstərən mühüm siyasi bəyanat kimi dəyərləndirilir. Bu çıxış, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və ədalətli mövqe sərgiləməsinin nümunəsidir”. 

M.Əsədullazadə də qeyd edib ki, işğalla mübarizə və ərazi bütövlüyünün bərpası baxımından Azərbaycan və Ukrayna ortaq tarix və taleləri paylaşır: 

“Hər iki ölkə son onilliklərdə öz ərazilərinin bir hissəsinin işğalı ilə üzləşib. Azərbaycan 30 ildən çox müddətdə işğal altında olan torpaqlarının sülh yolu ilə azad edilməsinə nail ola bilmədiyindən 2020-ci ildə Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi. Bu təcrübə Ukrayna üçün də ilhamverici ola bilər. Yəni Azərbaycanın özünün də uzun illər işğala məruz qalması və bununla heç vaxt barışmaması, Ukraynaya bir örnək kimi təqdim oluna bilər”.


Politoloq həmçinin qeyd edib ki, Azərbaycan və Ukrayna GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) regional təşkilatı çərçivəsində əməkdaşlığı dərinləşdirmək potensialına malikdir. Onun sözlərinə görə, bu platforma postsovet məkanında demokratik və suverenlik prinsiplərinə əsaslanan birgə mövqelərin koordinasiyası üçün mühüm vasitədir. GUAM çərçivəsində Azərbaycan-Ukrayna tərəfdaşlığı regional təhlükəsizliyə və iqtisadi inteqrasiyaya töhfə verə bilər: 

“Qeyd edim ki, Azərbaycan prezidenti ilə Ukrayna prezidenti arasında formalaşmış şəxsi dostluq və qarşılıqlı hörmət siyasi münasibətlərin müsbət fonunu gücləndirir. İki ölkə liderləri beynəlxalq tədbirlərdə iştirak zamanı ikitərəfli görüşlər keçirir və danışıqlar aparırlar. Bu diplomatik yaxınlıq dövlətlərarası əməkdaşlığın strateji səviyyəyə yüksəlməsində əhəmiyyətli rol oynayır.

Bilirsiniz ki, Azərbaycan Ukraynanın enerji təhlükəsizliyində strateji aktor kimi çıxış edir. Azərbaycanın Ukraynaya qaz təchizatı əvəzsiz dəstək kimi qiymətləndirilə bilər. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də Ukraynanın enerji müstəqilliyini gücləndirməyə yönəlmiş siyasi dəstəyin ifadəsidir. Ukraynanın qərbində Azərbaycanın neft və qaz təchizatına olan ehtiyac artır və bu kontekstdə Bakı-Kiyev xətti strateji əhəmiyyət daşıyır”.

M.Əsədullazadə bildirib ki, Ukraynanın diplomatik nümayəndələri, vətəndaş cəmiyyəti institutları və Qərb analitik mərkəzləri Azərbaycanın müharibə ilə bağlı sərgilədiyi mövqeyin fərqindədirlər: 

“Bakı neytrallıqla bərabər həm də prinsipial mövqe nümayiş etdirir: humanitar yardım edir, beynəlxalq hüququ dəstəkləyir, siyasi bəyanatlar verir, lakin heç bir tərəfi hərbi baxımdan açıq şəkildə müdafiə etmir. Bu balanslı, amma ədalətli mövqe Azərbaycanı beynəlxalq sülhün və təhlükəsizliyin qurulmasında mühüm aktora çevirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri