Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göstərəcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 fevral, AZƏRTAC
Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
X X X
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Son illər Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən bu ölkəyə bir neçə dəfə humanitar yardım göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















