Icma.az
close
up
RU
Azərbaycan ümumi hesabda 2 ci pilləyə yüksəldi

Azərbaycan ümumi hesabda 2 ci pilləyə yüksəldi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ilk dəfə keçirilən MDB Oyunları sona yaxınlaşır. Dünən Oyunların müxtəlif növləri üzrə yarışlar keçirilib, medallar qaliblərə təqdim edilib.

Sevindirici haldır ki, Azərbaycan idmançıları ilk gündən yarışlarda yüksək əzmkarlıq göstərir. Son nəticələrə görə Azərbaycan idmançıları yarışlarda qazandığı medalların əyarına və sayına görə Rusiyadan sonra ikinci pillədə yer alıb. 3-cü yerdə Belarus komandası qərarlaşıb.

Çövkən millimiz qalib oldu

Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb.

Şəkidə keçirilən final qarşılaşmasında millimiz Özbəkistanla üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları rəqib qapısından Şahmar Nağızadə, Vahid Məmmədov və Tərlan Qurbanəliyev keçiriblər.

Qeyd edək ki, üçüncü yeri Qırğızıstan yığması tutub.

Qılıncoynadanlarımız: 2 gümüş, 1 bürünc

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən qılıncoynatma yarışları davam edir. Yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.

Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.

Milli komandamız finalda Rusiya ilə qarşılaşıb. Qarşılaşma rəqibin 45:35 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, oğlanlardan ibarət millimiz gümüş mükafata sahib çıxıb.

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət birinci komandası III MDB Oyunlarında 2-ci yerə çıxıb. Finalda Rusiya komandasına məğlub olan yığmamız (35:45) gümüş mükafatla kifayətlənib.

Azərbaycanın ikinci komandası isə yarımfinalda uduzaraq bürünc mükafata sahib çıxıb.

Bədii gimnastlarımız: gümüş və bürünc

Azərbaycan gimnastları III MDB Oyunlarında komanda hesabında üçüncü yeri tutub. Şəkidə baş tutan yarışlarda Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyevadan ibarət kollektiv bürünc medal qazanıb.

Azərbaycan bədii gimnastı Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.

Bundan başqa, Azərbaycanın iki bədii gimnastı da finala vəsiqə qazanıb.

Şəms Ağahüseynova lentlərlə, Fidan Qurbanlı isə gürzlərlə çıxışda adını finala yazdırıb.

Qeyd edək ki, III MDB Oyunlarında bədii gimnastika yarışlarına bu gün yekun vurulacaq.

Güləşçilərimiz: 3 qızıl, 2 gümüş, 1 bürünc

Gəncə İdman Kompleksində təşkil olunan III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar keçirilir. Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kiloqram) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.

Azərbaycanın 60 kiloqramdakı təmsilçisi Əli Nəzərov final qarşılaşmasında rusiyalı rəqibi İvan Kozlovu 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

71 kiloqramda təmsilçimiz İslam Sultanov finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız Oyunların qalibi adını qazanıb.

Daha əvvəl Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc mükafata sahib çıxıblar.

Qabil ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri