Icma.az
close
up
RU
Azərbaycan Universitetində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilib

Azərbaycan Universitetində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilib

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda respublika elmi konfransı keçirilib. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konfransı açılış nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb. Rektor çıxışında Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Universitetində keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, universitetdə keçirilən bütün tədbirlərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması və yaşadılması məsələlərinə hər zaman xüsusi diqqət yetirilir. Gənc nəsildə dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhu və ictimai məsuliyyətin formalaşdırılması universitetin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycanın  müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda təşkil olunan konfrans həm tarixi yaddaşın gücləndirilməsi, həm də müasir dövrün reallıqlarının tələbələrə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, komitənin üzvləri – professor Bəxtiyar Əliyev, dosent Mehriban Vəliyeva, dosent Ceyhun Məmmədov, professor Vasif Qafarov, Şahin Seyidzadə, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın müdiri, dosent Elvin Talışınskinin məruzələri dinlənilib. 

Məruzələr Azərbaycan tarixinin son 200 ilinə nəzər salmaqla, dövlətçilik ənənələrinin  inkişaf yolunu, suverenlik uğrunda mübarizənin mərhələlərini və bugünkü tarixi reallıqların mahiyyətini əhatə edib. Çıxışlarda vurğulanıb ki, ölkənin strateji inkişaf xəttinin ardıcıllığı, dövlətçilik prinsiplərinə sadiqlik və milli maraqların qətiyyətlə qorunması müstəqilliyin əbədiliyinin başlıca təminatıdır.

Çıxışlarda qeyd olunub ki, tədbir Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu və Qarabağ Zəfərinin 5-ci ildönümlərində, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü, 17 Noyabr – Milli Dirçəliş Günü, 20 Noyabr – Ağdam şəhəri günü və 25 Noyabr – Kəlbəcər şəhəri günü kimi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrinin qovşağında və ərəfəsində keçirildiyi üçün mühüm ideoloji platformadır. Bildirilib ki, Azərbaycan son iki əsrdə ardıcıl olaraq torpaq itkisinə məruz qalıb, müstəqilliyinin bərpasının ilk illəri ağır və məşəqqətli keçib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin siyasi, iqtisadi və hərbi gücünün möhkəmlənməsinin və yeni bir dövrün əsası qoyulub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət, iradə və ardıcıllıqla həyata keçirilməsi, Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun  qəhrəmanlığı Qarabağ Zəfərini mümkün edib. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev, Qarabağ Zəfərinin memarı isə Prezident İlham Əliyevdir. Azərbaycanın bu gün beynəlxalq müstəvidə sərgilədiyi mövqeyin əsasında güclü dövlətçilik dayaqları dayanır.

Bildirilib ki, Qarabağ Zəfəri ilə Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atıb və tarixi ədaləti bərpa edib. Qarabağ münaqişəsinin çoxşaxəli tarixi köklərinə baxmayaraq, münaqişə məhz güclü dövlət iradəsi, güclü prezident hakimiyyəti və milli həmrəyliyin nəticəsi olaraq həll edilib. Bu Zəfər yeni tarix yazıb, Azərbaycan xalqının özünüdərkini daha da gücləndirib, “Böyük Qayıdış” prosesinin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu ərazilər indi inkişaf etmiş, müasir yaşayış məkanlarına çevrilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri