Icma.az
close
up
RU
Azərbaycan Universitetində “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir təşkil edilib

Azərbaycan Universitetində “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir keçirilib. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri dosent Nüşabə Quliyeva, dekanlar, kafedra və şöbə müdirləri, bir qrup müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə İnformasiya – kommunikasiya texnologiyaları (İKT) fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə hazırlıq qrupunun tələbələri dünyanın müxtəlif xalqlarının çay mədəniyyətinə dair ənənələrini ingilis dilində təqdim ediblər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib.

Tədbiri Xarici dillər kafedrasının müdiri Aygün Qasımova açaraq qeyd edib ki, son illərdə universitetdə ingilis dili üzrə hazırlıq qruplarında təhsil alan tələbələrin iştirakı ilə müxtəlif tədbirlərin təşkili ənənə halını alıb. Builki tədbirdə isə tələbələr müxtəlif xalqların çay süfrəsi və xüsusiyyətləri haqqında məlumat verəcəklər. Tədbirin bədii rəhbəri kafedranın müəllimi Aysel Mehdiyevadır.

Ardınca tələbələr tədbir iştirakçılarını seçdikləri ölkənin rəsmi dilində və milli geyimində salamlayıb, Böyük Britaniya, Çin, Mərakeş, Hindistan, Yaponiya, Rusiya, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Azərbaycanda çay mədəniyyəti ilə bağlı ingilis dilində təqdimat ediblər. Təqdimatlarda qeyd olunan ölkələrdə çayın tarixi, növləri, dəmlənməsi və digər maraqlı faktlar yer alıb. Təqdimatları tədbirə hazırlıq və məşq prosesində çəkilən əyləncəli videolar müşayiət edib. Azərbaycanı təmsil edən tələbə “Uzundərə” rəqsini ifa edib, rektor Səadət Əliyeva və tədbir iştirakçılarını ənənəvi Azərbaycan çayına qonaq edib.

Təqdimatların ardından rektor Səadət Əliyeva çıxış edərək bildirib ki, tədbirin məqsədi hazırlıq qruplarında oxuyan tələbələrin ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirmələridir. Fərəhləndirici haldır ki, onların nümayiş etdirdikləri performans gözləntilərdən daha yüksək olub. Rektor tələbələrin həm performansını, həm də tədbirdə böyük ruh yüksəkliyi ilə iştiraklarını yüksək qiymətləndirdiyini vurğulayıb. “Siz bu gün həm dil bacarıqlarınızı nümayiş etdirdiniz, həm də müxtəlif xalqların geyim mədəniyyəti, çay fəlsəfəsi ilə bağlı dünyagörüşünüzü zənginləşdirən məlumatlar təqdim etdiniz. Həm sizə, həm də bədii rəhbərinizə təşəkkür edirəm. Hər birinizlə qürur duyur və təhsil həyatınızda uğurlar arzulayıram”, - deyə rektor Səadət Əliyeva çıxışını yekunlaşdırıb.

İKT fakültəsinin dekanı Asif Paşayev, Xarici dillər kafedrasının müəllimi Aysel Mehdiyeva tələbələrin İKT sahəsində də böyük uğurlara imza atacaqlarına əmin olduqlarını ifadə edərək onlara sertifikatlarını təqdim ediblər.

Tədbirin sonunda fakültənin Tələbə Elmi Cəmiyyətinin üzvləri Azərbaycan Universitetini bir neçə gün sonra keçiriləcək “İnnovativ və yaradıcı həllərin tapılması” (FICS) adlı beynəlxalq müsabiqədə təmsil edəcək “Agrotech” layihəsini ilk dəfə rəhbərliyə təqdim ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri