Icma.az
close
up
RU
Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirildi Fotolar

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Universitetində tələbələrin iş dünyasına çıxışının dəstəklənməsi məqsədilə növbəti “Karyera Günü” təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, universitetin Karyera İnkişafı Departamenti tərəfindən keçirilən tədbir tələbələrin müasir əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, eləcə də işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına imkan yaradıb.

Tədbirə müxtəlif profilli 40-a yaxın şirkət və qurum qatılıb. Onların arasında dövlət orqanları, özəl müəssisələr və təhsil şirkətləri yer alıb. İşəgötürənlər tələbələrə öz vakansiyalarını, həmçinin tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva stendləri ziyarət edib. Rektor tələbələrə təqdim edilən vakansiyalarla tanış olub, sərgidə iştirak edən təşkilat və şirkətlərin nümayəndələri ilə söhbət edib, fikir mübadiləsi aparıb.

Şirkət və təşkilatların nümayəndələri, insan resursları üzrə menecerləri tələbələrin təqdim etdiyi CV və anketləri qəbul edib, onlara işə qəbul prosesinin mərhələləri, effektiv müraciət üsulları və iş müsahibələrinə hazırlıqla bağlı faydalı tövsiyələr verib, həmçinin sualları cavablandırıblar.

Qeyd edək ki, artıq ənənə halını almış “Karyera Günü” bu il doqquzuncu dəfə təşkil olunub. Tədbir hər il olduğu kimi bu dəfə də tələbə və məzunların real əmək bazarına inteqrasiyasını təşviq edən önəmli platformaya çevrilib.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:313
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri