Icma.az
close
up
RU
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə təcrübə mübadiləsində olub

Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə təcrübə mübadiləsində olub

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı universitet ilə Probasiya Xidməti arasında imzalanmış memorandumdan irəli gələn vəzifələrin icrası çərçivəsində Türkiyənin Ankara şəhərində səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin və Gənclər Fondunun rəhbər şəxsləri də iştirak edib.

Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin Probasiya üzrə Dairə Başkanlığının təşkilatçılığı ilə baş tutan səfər probasiya və digər cəza-icra qurumlarının fəaliyyəti ilə tanışlıq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi daşıyıb.

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində ilk olaraq Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər zamanı Türkiyənin bu il 20 illik yubileyini qeyd etdiyi probasiya fəaliyyətinin tarixi və mahiyyəti, Türkiyənin probasiya qurumlarının funksiya və səlahiyyətləri, probasiya qeydiyyatında olan şəxslərin, o cümlədən narkomaniyadan məcburi müalicə alan şəxslərin reabilitasiyası, yetkinlik yaşına çatmayanların cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası, onlara tətbiq olunan təhsil və sosial-psixoloji dəstək proqramları, probasiya üzrə innovativ texnoloji yeniliklər, elektron qolbaqların tətbiqi, rəqəmsal monitorinq texnologiyaları və bu kimi mövzularda təlimlər təşkil olunub və təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinə, Probasiya üzrə Dairə Başkanlığına, Ankara Probasiya İdarəsinə, Ankara Uşaq tərbiyə müəssisəsinə, Sincan Açıq tipli cəza-icra kompleksinə, Kırıkkale Cümhuriyyət Baş Prokurorluğuna, asılılıqla mübarizə proqramlarından biri olan “Hüzur Köy” - Narkomaniya ilə Mübarizə və Sosial Adaptasiya Mərkəzinə və digər ədliyyə qurumlarına baş çəkilib, tətbiq olunan mexanizmlərlə yerində tanışlıq imkanı əldə ediblər.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım, Probasiya üzrə Dairə başkanı Hüseyin Şık, Kırıkkale Cümhuriyyət baş prokuroru Akın Çetin və digər rəsmi şəxslərlə görüşləri keçirilib. Görüşlərdə Azərbaycanda son dövrlər probasiya sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumatlar verilib, hər iki ölkənin bu sahədə müsbət təcrübəsi, tətbiq olunan təlim və sosial-psixoloji dəstək proqramları, habelə asılılıqla mübarizə, bərpaedici ədliyyə və rəqəmsal monitorinq texnologiyaları ilə bağlı qarşılıqlı faydalı fikir mübadiləsi aparılıb, tərəflər özlərinin probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələrini bölüşüblər.

Sosial-psixoloji istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlik təşəbbüslər də səfərin əhəmiyyətli hissəsini təşkil edib. Aygün Muradlı türkiyəli mütəxəssislərlə bu sahədə aparılan proqramlar, sosial reabilitasiya və psixoloji dəstək mexanizmləri mövzusunda dialoqlarda iştirak edib, fikir mübadiləsi aparıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri