Icma.az
close
up
RU
Azərbaycan Universitetinin kafedra müdirinin həmmüəllif olduğu monoqrafiya çapdan çıxıb

Azərbaycan Universitetinin kafedra müdirinin həmmüəllif olduğu monoqrafiya çapdan çıxıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Türk düşüncəsinin xəzinəsi dünyaya açılır. Azərbaycan və Türkiyə alimlərinin hazırladığı, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışınskinin həmmüəllif olduğu “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiya işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən bildirilib.

Azərbaycan və Türkiyənin tanınmış alimləri tərəfindən ingilis dilində hazırlanmış monoqrafiya Türkiyədə nəşr olunub. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə ərsəyə gətirilib ki, bu da onun elmi etibarlılığını və strateji əhəmiyyətini daha da artırır.

Bu monoqrafiya türk xalqlarının minilliklər boyu inkişaf etmiş fəlsəfə tarixini, görkəmli filosoflarını və əsas intellektual meyilləri sistemli şəkildə təqdim edən ilk fundamental araşdırmalardan biridir. Əsər qədim dövrlərdən başlayaraq türk cəmiyyətlərində formalaşmış ilkin fəlsəfi baxışların, kainat, həyat, ölüm, təbiət və insan haqqında təsəvvürlərin elmi təhlilini verir. Kitabda türk filosoflarının portret-esselərinin təqdim olunması, onların ideyalarının və elmi xidmətlərinin geniş şəkildə şərh edilməsi əsərin həm elmi, həm də maarifləndirici dəyərini artırır. Bu yanaşma Türk dünyasının ortaq intellektual irsinin yalnız tarixi fakt kimi deyil, həm də müasir elmi diskursun bir parçası kimi öyrənilməsinə imkan yaradır.

Monoqrafiyanın tarixi əhəmiyyəti ondan ibarətdir ki, əsər türk xalqlarının birgə keçmişinə, ortaq mədəniyyətinə və intellektual irsinə nəzər salmaqla onların tarixi yaddaşını möhkəmləndirir. Bu kitab həm də milli kimliyin formalaşmasında fəlsəfi düşüncənin rolunu aydın şəkildə ortaya qoyur və türk xalqlarının ortaq köklərinin sistemləşdirilməsinə mühüm töhfə verir.

Əsərin siyasi əhəmiyyəti isə müasir dövrdə daha qabarıq görünür. Azərbaycanın müstəqillik dövründə Türk dünyası ilə elmi və mədəni əlaqələrin güclənməsi, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi istiqamətində həyata keçirdiyi strateji siyasət və Qarabağ Zəfəri sonrası türk kimliyində baş verən milli oyanış bu monoqrafiyanın meydana gəlməsində əsas ilham mənbələrindən biri olub. Kitabın Türkiyədə nəşr olunması isə onun həm elmi nüfuzunu artırır, həm də Türk dünyasının intellektual inteqrasiyasına xidmət edən simvolik bir hadisə kimi dəyərləndirilir. Bu, iki qardaş ölkənin elm və mədəniyyət sahəsindəki birliyinin bariz göstəricisidir.

Xüsusilə vurğulamaq lazımdır ki, monoqrafiyanın ingilis dilində hazırlanması həm onun beynəlxalq elmi mühitə çıxışını təmin edir, həm də türk fəlsəfi irsinin qlobal miqyasda tanıdılmasına imkan yaradır. Beləliklə, əsər yalnız Türk dünyasının daxilində deyil, Avropa, Amerika və Asiyanın akademik dairələrində də maraq doğuracaq, müqayisəli fəlsəfə, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası münasibətlər sahəsində mühüm istinad mənbəyinə çevriləcək. Bu, türk xalqlarının zəngin fəlsəfi və mədəni irsinin dünyada obyektiv təqdim olunmasına da xidmət edir.

Kitab təkcə elmi mühit üçün deyil, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş fundamental mənbədir. O, türk fəlsəfi irsinin sistemli şəkildə öyrənilməsi ilə yanaşı, ortaq türk mədəniyyətinin, etnik və intellektual köklərinin anlaşılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir vasitədir. Bu əsər həm akademik tədqiqatlarda, həm də türk dünyasının ortaq kimliyinin ideoloji əsaslarının möhkəmlənməsində strateji dəyər daşıyır.

Nəticə etibarilə, “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyası yalnız elmi araşdırma deyil, həmçinin Türk dünyasının mədəni və intellektual birliyini möhkəmləndirən mühüm nəşrdir.

Qeyd edək ki, müəlliflər sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, diplomat Alptekin Cihangir İşbilir də var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri