Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Kutaisi şəhərində keçirilən üzgüçülük üzrə Açıq Yaz Kubokunda Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər.
Apasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yarışın yekununda Süleyman İsmayılzadə ümumi kateqoriyada, Fərhad Şirməmmədli isə 2010-cu il və daha kiçik yaş qrupunda ən yaxşı nəticə göstərərək xüsusi kuboklara layiq görülüblər. Turnir həm də iki yeni ölkə rekordunun müəyyənləşməsi ilə yadda qalıb.
Mehri Əbdurəhmanlı 50 metr məsafəyə arxasıüstə, Süleyman İsmayılzadə isə 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni Azərbaycanda rekorduna imza atıblar.
Həmçinin Anastasiya Qnusina 7 qızıl və 4 gümüş, Fərhad Şirməmmədli 3 qızıl, 4 gümüş və 1 bürünc, Süleyman İsmayılzadə 3 qızıl, 1 gümüş və 1 bürünc, Mehri Əbdurəhmanlı 2 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.
Həmçinin Safiya Səmədova 2 qızıl, 3 gümüş və 1 bürünc, Mehdi Muxtarlı 1 qızıl, 1 gümüş və 1 bürünc, Yusif Sofiyev 2 gümüş və 4 bürünc, Arif Tapdıqov isə 1 bürünc medala sahib çıxıblar.
Çin Qran-prisinin qalibi müəyyənləşib “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi 10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atıb Xizək alpinistlərimizdən iki medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Mart 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















