Azərbaycan üzgüçüsü Saxada “qızıl” qazandı
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə qızılmedal qazanıb.
Futbolpress.az xəbər verir ki, Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan Süleyman İsmayılzadə 400 metr məsafədə sərbəst üsulda bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə milli komandanın üzvü, İdman Ustası Süleyman İsmayılzadə 4,01 nəticə ilə kürsünün ən yüksək pilləsinə yüksəlib. O, bundan öncə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.
“Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















