Icma.az
close
up
RU
Azərbaycan üzrə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır AZƏRTAC

Azərbaycan üzrə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 dekabr, AZƏRTAC

Telekommunikasiya, o cümlədən radio-televiziya yayımı sahəsi daim tərəqqidədir. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində Azərbaycanda da bu sahə bütün dövrlərdə inkişaf edib. Belə ki, müstəqillik illərinin ilk vaxtlarından indiyədək müxtəlif sərəncam və fərmanların imzalanması və icrası nəticəsində bu sahədə bir çox işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Azərbaycan radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda keçirilən seminarda söyləyib.

O bildirib ki, tikintisi yarımçıq qalmış Bakı Teleqüllə Kompleksinin Ümummilli Lider Heydər Əliyevin birbaşa tapşırığı ilə inşaat işlərinin bərpası və 1996-cı ildə istismara verilməsi bu sahədə baş vermiş ən böyük hadisələrdən biridir. Məhz bu unikal qurğunun imkanları sayəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində ozamankı dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılıb.

“Qarşıdakı illər ərzində ölkə üzrə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 24-də "Azərbaycan Respublikasınin ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin  ayrılması haqqında" Sərəncamı indiyədək radioyayım sahəsinin inkişafı üçün göstərilən ən böyük dövlət dəstəyidir. Bu Sərəncama əsasən 13,7 milyon manat vəsait ayrılıb. Sözügedən vəsait hesabına FM yayımların bütün ölkə ərazisində genişləndirilməsi təmin edilib.

Yayım şəbəkəsinin inkişafı nəticəsində 17 Radio-Televiziya Yayım Stansiyası vasitəsilə 15-dək milli radioproqramın bütün ölkə ərazisində yayımı mümkün olub. Son nəticədə ölkə əhalisinin milli radio proqramlarına əlçatanlığı təmin edilib.

Həmçinin Sərəncamda radioyayımçıların 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində radioyayımçılara ciddi dövlət dəstəyidir", - deyə nazir müavini əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri