Azərbaycan və 3 ölkə AB yə müraciət etdi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsinin Avropa İttifaqının prioritet layihələri siyahısına daxil edilməsini təklif ediblər.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə dörd ölkənin Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanladıqları birgə məktubda bildirilib.
Məktubda "Yaşıl Enerji Dəhlizi" layihəsinin artıq Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabeli kimi Aİ-nin ümumi maraq doğuran layihələri siyahısına daxil edilməsi xahiş olunur.
Bildirilib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb və bu mərhələdən sonra layihə rəsmi şəkildə inkişaf fazasına keçib.
Bakıda keçirilən nazirlər görüşündə isə layihənin növbəti iki il üzrə fəaliyyət planı və büdcəsi təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















