Azərbaycan və Avropa arasında mühüm sənədlər imzalanıb FOTO
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin - Rəhbər Komitənin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, layihəyə PMI statusunun (Project Mutual Interest-Birgə Maraqlar Layihəsi) verilməsi məqsədilə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb.
“Həmçinin Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi, Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponent ilə əlaqədar zəruri addımlar razılaşdırıldı. Birgə Müəssisəyə (GECO Power Company) texniki-iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi ilə bağlı da müvafiq sənəd imzalandı”, - paylaşımda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















