Icma.az
close
up
RU
Azərbaycan və BƏƏ arasında siyasiiqtisadi dialoq yüksək səviyyədədir

Azərbaycan və BƏƏ arasında siyasiiqtisadi dialoq yüksək səviyyədədir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ən uğurlu strateji tərəfdaşlarından biridir. 33 ildir ki, iki ölkə arasında diplomatik əlaqələr qurulub və bu illər ərzində ikitərəfli münasibətlərin möhkəm hüquqi bazası formalaşıb. Ölkələrimiz həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri, burada keçirilən rəsmi görüş, eyni zamanda, dövlət başçımızın Dayanıqlılıq Həftəsində iştirakı Bakı ilə Əbu-Dabi arasında inkişaf edən əlaqələrin göstəricisidir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində vacib müzakirələrin aparıldığı beynəlxalq platformalardan birinə çevrilib:

"Azərbaycan Prezidenti də qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsinin əsas iştirakçılarından biridir. Dünyada davamlı inkişafa xidmət edən və bu sahədə təcrübə mübadiləsi üçün effektiv qlobal platformaya Azərbaycanın da dəvət alması ölkəmizin prosesə töhfəsi kimi dəyərləndirilməlidir. BƏƏ eyni zamanda, ev sahibi kimi ümumi qlobal çağırışlarla, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə beynəlxalq fəaliyyətin tərəfdarıdır. Prezident İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə də əsas diqqət ikitərəfli münasibətlərlə yanaşı, ötən ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransına yönəldilib. Dövlət başçımız COP29-un uğurla başa çatmasında ölkələrimiz arasında əməkdaşlığın və bu ölkənin konsepsiyasının rolunu xüsusi qeyd edib".

"COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib. Ümumiyyətlə, Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, iqtisadi-ticari əlaqələr də genişlənməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirilir. MDB məkanında ən böyük günəş elektrik stansiyası, 262 milyon ABŞ dolları dəyərində olan Qaradağ Günəş Elektrik Stansiyası da BƏƏ-nin "Masdar" şirkəti tərəfindən ərsəyə gətirilib.

İki ölkə həmçinin ənənəvi enerji sahəsində də yaxından əməkdaşlıq edir. İqtisadi göstəricilər artan dinamika ilə inkişaf etməkdədir. Belə ki, Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi son 4 ildə 2 dəfədən çox artıb. Qarşılıqlı investisiya fəaliyyətində də dinamika müşahidə olunmaqdadır. İslam ölkələri, o cümlədən ərəb dövlətləri ilə əlaqələrin möhkəmlənməsi rəsmi Bakının xarici siyasət kursunda prioritet istiqamətlərdən biridir. Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri