Icma.az
close
up
RU
Azərbaycan və BƏƏ nin mərkəzi bankları Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və BƏƏ nin mərkəzi bankları Anlaşma Memorandumu imzalayıb

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Azərbaycan tərəfində istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev BƏƏ-nin paytaxztı Əbu-Dabiyə səfər ediblər. Səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub. Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə görülən işlər müzakirə edilib, qurumlar arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Görüşün sonunda maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi üçün Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Tərəflər Memorandum çərçivəsində bankçılıq, sığorta, ödəniş xidmətləri, ödəniş sistemləri və maliyyə bazarının digər sahələrində qanunvericilik bazasının müzakirəsi, sürətli ödəniş sistemləri kimi pərakəndə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının qiymətləndirilməsi, həmçinin qabaqcıl təcrübə haqqında məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, hər iki qurum təcrübə və bilik mübadiləsi, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün görüş, kurs, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Sədrlər Anlaşma Memorandumunun iki dost ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi ilə bağlı əminliklərini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri