Azərbaycan və BƏƏ prezidentləri telefonla danışıblar
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Reyting.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.
Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.
Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:Media: ABŞ və Venesuela prezidentləri telefonla danışıblar
29 Noyabr 2025 14:28
Azərbaycan və Rusiya prezidentləri telefonla danışdı
15 Noyabr 2024 14:13
Azərbaycan və İran prezidentləri telefonla danışdı
26 İyun 2025 12:28
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub
30 May 2025 20:29
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər
16 Sentyabr 2025 16:14
Baxış sayı:87
Bu xəbər 31 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















