Azərbaycan və BƏƏ yeni əməkdaşlıq razılaşması imzalayıb
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində həmkarı, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan rəsmisi "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu razılaşma təbii qazın hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək, Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















